
Türkiyənin artan gücü
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Almaniya kanslerinin Türkiyə Prezidentindən tələbi
Özlərinə əziyyət verməyən mirzələr şablon mətnlərlə Türkiyə Prezidentini yola verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Vaşinqton-Bakı treki Ankara və Tel-Əviv üçün nikbin perspektivlər vəd edir
İndi Ərdoğanı qınayanlar o vaxt Baydenə ləbbeyk deyirdilər
Azərbaycanın maraqları fonunda görünən hadisələr
Ərdoğan: “Əgər danışacaq olsaq, Türkiyə-Avropa Birliyi əlaqələrindən danışaq”
Yaxud İmamoğlunun öngörmələri və Yavaşın sanşı
Azərbaycanın qələbəsindən sonra simasını dəyişmək məcburiyyətində qalan ...
Qonağı qarşılamaq mədəniyyətdir
“Le Point” jurnalı “Yeni dünya nizamı” adlı xüsusi buraxılış dərc edib
Türkiyənin oyuna daxil olması əli ilə bərabər, risklərini də gücləndirir
Ərdoğan Qərbin tək qoyduğu Zelenskini öz çətiri altına aldı
Ukrayna prezidenti sabah Ankarada Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək
Gülən camaatının Türkiyədəki ikinci şəxsi Mustafa Özcan ölkədən qaçıb. Bu haqda martın 28-də Türkiyə mediası xəbər yayıb. Xəbərdə bildirilir ki, Özcan idarə etdiyi «Kaynak Holdinq»də polisin axtarış aparmasından bir neçə gün öncə heç kimə xəbər vermədən Türkiyəni tərk edib. Özcanın indi Belçikanın paytaxtı Brüsseldə olduğu bildirilir.
Musavat.com Türkiyə mediasına istinadən yazır ki, Mustafa Özcan baş nazir Rəcəb Tayyib Ərdoğana və digər AKP-lilərə qarşı səs yazılarını mediaya ötürən əsas isimlərdəndir. Ehtimallara görə, «Kaynak Holdinq»in kompyuterlərində bu haqda informasiyalar var. Onu da vurğulayaq ki, baş nazir Ərdoğan və onun ailə üzvlərinə aid səs yazıları yayılandan sonra Gülən camaatına bağlı bir çox ofislərə polis basqınları olub yüzlərlə kompyuterlər, saysız-hesabsız sənədlər müsadirə edilib.
Mustafa Özcan uzun illərdir Fətullah Gülənin ən etibarlı adamları sırasındadır. O, Pensilvaniyada yaşayan Gülən üçün ildə bir neçə dəfə camaat üzvlərinin Türkiyədəki daşınar və daşınmaz əmlakı ilə bağlı hesabatlar hazırlayırmış. «Camaat»ın həm kassası, həm də «qara qutu»su olan Mustafa Özcanın bir daha Türkiyəyə dönməyəcəyi ehtimal edilir. Maraqlı məqam həm də odur ki, ABŞ-ın ölkəyə gediş-gəliş haqqında qanunlarını pozduğuna görə Özcan Birləşmiş Ştatlara – Fətullah Gülənin yanına gedə bilmir.
Özcanın holdinqinin ofisində axtarış aparılmazdan bir neçə gün öncə Türkiyəni gizlicə tərk etməsi AKP-nin bütün səylərinə baxmayaraq «camaat»ın hələ də ölkənin hüquq sisteminə asanlıqla nəzarət etməsi kimi qiymətləndirilir. Bir sıra ekspertlər iddia edir ki, Mustafa Özcana polisin qəfil axtarışı haqqında xəbər verilib.