
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Mümkün 3 ssenari
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
“İstər Avropa İttifaqının, istərsə də ATƏT-in mülki missiyasının Ermənistan-Azərbaycan sərhəddinə gətirilməsi istəyində Ermənistanın həvəsindən ziyadə Qərbin marağı var”.
Bunu hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.
O bildirib ki, sərhəddəki son təxribatları Ermənistanın dövlət olaraq varlığının sona çatması ilə nəticələnə bilər:
“ABŞ prezidenti Co Bayden son açıqlamalarının birində belə bir ifadə işlədib ki, “Ermənistanla Azərbaycan arasındakı sülhün tənzimlənməsində Rusiya heç bir ciddi fəaliyyət göstərməyib və onun regionda sülhə gedən yolda heç bir rolu yoxdur”. Bu o deməkdir ki, necə ki, bütün dünyada güclərin bir mübarizəsi gedir, yeni sərhədlərin müəyyənləşdirilməsi prosesi baş verir, o cümlədən də “Cənubi Qafqazda kim daha güclü mövqeyə sahib olacaq?” mübarizəsi getməkdədir.
Mövcud şəraitdə Ermənistan ərazisində, xüsusən də onun sərhədlərinin Rusiya Federasiyası tərəfindən qorunması məsələsi gündəmdəykən, – nəzərə alsaq ki, Ermənistan KTMT-nin aktiv üzvüdür, - bununla yanaşı Ermənistanın Qərbə üz tutması, Qərbdən mülki missiyasının ölkə sərhədlərinə dəvət edilərək belə bir mənzərə yaratmağa çalışırlar ki, sanki ortada bir münaqişə var, ciddi bir problem var və o problemin həlli Rusiya tərəfindən heç bir şəkildə etibarlı olaraq tənzimlənə bilmir və bunu tənzimləmək üçün “bura mütləq Qərbin hərbi missiyası gəlməlidir” havası yaradılmağa can atılır.
Onu da xüsusilə qeyd edim ki, artıq mülki missiyanın yerini hərbi missiyaya verməsi üçün sövdələşmələr də gedir. Bunun üçün də mülki missiyanın müəyyən dövrdən sonra hərbi missiyaya çevrilməsi prosesinə şahid ola bilərik. Amma Ermənistan tərəfi sərhəddəki son təxribatlar törətməklə hazırda ciddi bir riskə gedir. Bu risk onun hətta Cənubi Qafqazda dövlət olaraq varlığının sona çatması ilə nəticələnə bilər”.
Qeyd edək ki, Ermənistan tərəfi Avropa İttifaqının mülki missiyası ilə kifayətlənmək niyyətində deyil. rəsmi İrəvan Ermənistanla Azərbaycan sərhədinə “müşahidəçilər” göndərmək üçün artıq ATƏT-ə də müraciət edib. Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib ki, “Hazırda Azərbaycan-Ermənistan sərhədinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə edirik. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır”. Mirzoyan Aİ-nin mülki missiyası ilə bağlı isə onu əlavə edib ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması məsələsində beynəlxalq iştirakı gözləyir. (Milli.az)