Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:18 | 21 oktyabr 2022 | Cümə
Məqaləyə 1883 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çin Kommunist Partiyasının davam edən qurultayı beynəlxalq aləmin diqqət mərkəzindədir. Partiyanın sədri Si Tsinpinin çıxışının Tayvanla bağlı hissəsi siyasi ekspertlərin müzakirə predmetidir. Si Tsinpin faktiki dedi ki, Çin Tayvanın ələ keçirilməsi məqsədilə hərbi gücdən istifadə etməyə hazırdır. Asiyada başqa qaynar nöqtələr də yarana bilər.
Siyasi ekspertlər Si Tsinpinin çıxışında digər vacib detala diqqət çəkiblər. O çıxışında bir neçə dəfə “regional müharibələr” ifadəsi işlədib. Halbuki, Çinin hər il dərc olunan milli təhlükəsizlik strategiyasında “regional müharibələr” barədə cümlələr yoxdur. Ona görə də Si Tsinpinin “regional müharibə” ifadəsi altında həm Tayvanda mümkün hərbi əməliyyat, həm də qonşu Hindistanla qarşıdurma nəzərdə tutula bilər. Təsadüfi deyil ki, Çin ordusunun son illər hərbi təlimlərinin sayı artıb. Si Tsinpin Çin ordusunun peşəkar səviyyəsini artırmaq və ən modern silahlar təchizatını qarşısına məqsəd qoyub. Çin ordusu “regional müharibələrə” hazır olmalı və qələbələrə hədəflənməlidir.
Si Tsinpinin “regional müharibələrdən” çox danışması həm də o deməkdir ki, Pekin böyük müharibələr aparmaq istəmir. Misal üçün Çin ABŞ-la müharibədə maraqlı deyil. Pekinin əsas hədəfi lokal münaqişələrdə üstünlük qazanmaqdır.
Çinin yeni strategiyasında müxtəlif ölkələrdə hərbi bazaların yaradılması da var. Çinin Afrikanın kiçik ölkəsi olan Cibutidə hərbi bazası mövcuddur. Çin kiçik adalarda da hərbi bazalar yaratmağa çalışır. Pekin bu məqsədinə çatmaq üçün əvvəlcə kiçik və kasıb ada ölkələrinə kreditlər verir, sazişlər imzalayır, daha sonra hərbi baza yaratmaq istəyini səsləndirir.
Buna baxmayaraq, Qərbin analitik mərkəzləri Çin ordusunun müharibə təcrübəsinin zəif olduğu qənaətindədir. Çin ordusunun Hindistanla sərhəddə toqquşmaları savaş təcrübəsinin artırılması üçün kifayət deyil. Çin Rusiya ilə birgə hərbi təlimlərin sayını ona görə artırıb ki, savaş təcrübəsini artırsın. Ancaq Rusiyanın Ukraynada apardığı işğalçı müharibə göstərir ki, Rusiyanın “təcrübəsindən” öyrəniləsi nəsə yoxdur.