İran müharibəsində qazanan İslamabaddır
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
15:50 | 6 noyabr 2022 | Bazar
Məqaləyə 1082 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Rusiyaya pilotsuz uçuş aparatları verdiyinə görə İrana zərbə endirmək lazımdır. Podolyak İranın pilotsuz təyyarələr və ballistik raketlər istehsal edən istehsal mərkəzlərinə zərbəni nəzərdə tutub. Polodyak demir ki, “Ukrayna İrana zərbə endirməlidir”. Çünki bu Ukraynanın imkanı xaricindədir. Poldoyak “İrana zərbə endirmək lazımdır” dedikdə topu İran rejiminə düşmən olan ABŞ və İsrailə atıb.
İsrail İranın özünə qarşı təhlükə yaradacaq mərkəzlərini hədəf seçə bilər. Misal üçün illərdir İranın nüvə obyektlərində çalışan bir qisim alimin qətlində İsrail kəşfiyyatının adı çəkilir. Çünki İran nüvə silahı əldə edərsə əsas hədəf İsrail olacaq. İranın pilotsuz uçuş aparatları və ballistik raketləri hələ ki, İsrailə təhlükə yaratmır. Ona görə də İsrail Ukraynanın təhlükəsizliyinə görə İrana zərbə endirməz. İsrail bu zərbələrə görə Rusiya ilə münasibətlərinin gərginləşdirilməsini də istəməz. Deməli, İranın pilotsuz uçuş aparatları və ballistik raketlər istehsal edən mərkəzlərini hədəf ala biləcək tək ölkə ABŞ-dır. ABŞ-ın İranı hədəf götürməsinin başqa səbəbi də tapılıb. Vaşinqton hesab edir ki, Tehranın Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək kimi planı var. Bu səbəbdən ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılmasına qərar verilib.
Tehran seçimini edib, Rusiyaya pilotsuz uçuş aparatları verib ki, Moskva Ukraynaya zərbələr endirsin. İran rəsmiləri bir müddət bunu təkzib etməyə çalışdılar, ancaq faktlar çox olduğundan sonda Tehrandan etiraf gəldi. İran hər tərəfdən özünü tələyə salıb, bir tərəfdən daxildə təlatümlər davam edir, digər tərəfdən ətraf aləmlə münasibətlərini daha da gərginləşdirib. İranı zəiflətmək, o cümlədən rejim dəyişikliyinə daxildən və xaricdən dəstək verən qüvvələrin maraqları birləşib. Başqasına daş atanın evi şüşədəndirsə, aqibəti yaxşı olmayacaq.