
Təhlükəsizlik arxitekturası
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Qondarma ittihamla həbs edə bilərlər ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
DTX rəsmi açıqlama yaydı
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
Onu müharibə tanıtdı, yoxsa?...
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Vətən müharibəsi zamanı erməni separatçılarının Xankəndidəki rabitə provayderinin necə uğurla sıradan çıxarıldığı məlum olub.
Yüksək texniki imkanlardan istifadə edilərək, erməni separatçılarının mərkəzi Xankəndi şəhərində yerləşən qanunsuz “Qarabağ Telekom” mobil-rabitə provayderinin hərbi məqsədlər üçün istifadəsinin qarşısı alınıb.
Həmin məlumatlar “Xəzər Media Mərkəzi” tərəfindən çəkilən “Qartal Zirvədə” adlı sənədli filmdə açıqlanıb.
Filmdə DTX mənsubu deyib: “Bütün Qarabağ ərazisinə bu provayder telefon xətti, internet verirdi. Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən banklar, “Artsax Bank”, böyük şirkətlər – hamısı interneti, telefon xəttini buradan alırdı. Hətta onlar mobil telefon danışıqlarında da provayder kimi “Qarabağ Telekom”dan istifadə edirdilər. Müharibə dövründə biz bu “Qarabağ Telekom”a kiber hücumlar həyata keçirdik. Kiber hücumlar nəticəsində bu ərazidə fəaliyyət göstərən bütün internet şəbəkəsi çökdü. İnternet şəbəkəsinin çökməsi nəticəsində heç bir telefon danışığı, hər hansı bir məlumat ötürmə prosesi olmadı, eləcə də banklarda heç bir tranzaksiya həyata keçmədi”.