İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
20:48 | 15 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 698 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Azərbaycan və İran xarici işlər nazirlərinin telefon söhbəti münasibətlərdəki vəziyyəti normallaşdırmayacaq.
Bu 30 ildə oxşar telefon danışıqlarının, qarşılıqlı səfərlərin, görüşlərin, “dost və qardaşlıq” fikirlərinin çox şahidi olmuşuq, hətta 1990-cı illərin sonlarında iki ölkənin təhlükəsizlik xidmətləri belə bir razılığa gəlmişdilər ki, bir-birimizə qarşı kəşfiyyat işləri aparılmasın. Nəticə bəllidir. İranla gərginlik istəmədiyimiz halda Tehran münasibətləri qırılma nöqtəsinə gətirib çıxardıb.
Münasibətlərin gərginləşməsinə Tehran rəvac verib, münasibətlərin normallaşması üçün də birinci addımı qarşı tərəf atmalıdır. Birinci növbədə Zəngəzur dəhlizi əleyhinə daima səsləndirdikləri “sərhədlərin dəyişdirilməsi qırmızı cizgimizdir” açıqlamalarına son verməli, Azərbaycan əleyhinə sərhəddə hərbi təlimlərdən imtina etməli, partlayışlarda “Azərbaycan izi” axtarmaqdan vaz keçməlidirlər.
Bütün bunları edəcəklərmi? Çətin.
İranda qərar verən və Azərbaycana düşmən gözüylə baxan ali dini lider Xameneyi, yaxın ətrafı və SEPAH generallarıdır, prezident və xarici işlər naziri sadəcə verilən qərarların icraçılarıdırlar. Ona görə də İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon söhbətində azərbaycanlı həmkarı Ceyhun Bayramova verdiyi vədi yerinə yetirə bilməyəcək.