
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan öz geosiyasi vektorunu Qərbə doğru çevirmək kursu götürüb”. Bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti ikiüzlü siyasətindən əl çəkmir: “Paşinyan hakimiyyətə gəldikdən sonra çoxsaylı addımlar atılıb ki, Rusiyanın regionda mövqeyi zəifləsin və soyuqluq yaransın. Digər tərəfdən Ermənistanın əsas niyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) beynəlxalq mövqeyini zəiflətmək, onun resurslarından öz xeyrinə istifadə etmək və bu alınmadıqda KTMT sıralarını tərk etməkdir.
Ermənistan iqtisadi əsaslarla inteqrasiyanı nəzərdən keçirən Avrasiya İqtisadi Birliyinin də üzvüdür. Digər mühüm məqam Avrasiya İqtisadi Birliyindən Ermənistanın çıxması Ermənistana ciddi iqtisadi zərərlər gətirə bilər. Ermənistan bunu da gözə alaraq KTMT və Avrasiya İqtisadi Birliyi sıralarını tərk etmək niyyətini güdür. Xüsusilə Qərb-Ermənistan münasibətlərinin yaxınlaşması, Paris-Brüssel-Vaşinqton arasında dialoqun formalaşması zamanı Ermənistanda həmişə rusafob çıxışları, mitinqləri, nümayişləri, etiraz yürüşlərini görürük.
Təbii ki, bu fəaliyyət Paşinyan tərəfindən kurasiya olunur. Rəsmi İrəvan bu mitinqləri leqallaşdırır, onlara belə bir imkan yaradır. Nəticədə isə ictimai rəyin dəyişdirilməsi, Rusiyaya qarşı yönəldilməsi baş verir. Çünki hakimiyyətin rusafob şəxslərdən ibarət olması da heç kimə sirr deyil. Təkcə onu demək kifayətdir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəfələrlə Rusiyaya qarşı mitinqlərdə fəal iştirakçı olub, bu gün isə ikiüzlü sima ilə həmkarı Sergey Lavrovun əlini sıxır, onun üzünə gülür. Bu, erməni hiyləgərliyindən xəbər verir.
Öz məqsədlərinə çatmaq üçün hər bir dona girən erməni rəsmiləri həm Rusiyanın gücündən istifadə edirlər, həm də Rusiyaya qarşı durmağa hər zaman hazırdırlar.
Rusiyaya qarşı etiraz aksiyaları həm də KTMT-nin İrəvanda keçirilən sammiti öncəsi də baş verdi və bu da onu deməyə əsas verir ki, hər zaman Rusiya əleyhinə olan qüvvələr də hakimiyyət tərəfindən idarə olunur. Həmin qüvvələr ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosinin də İrəvana səfəri zamanı İrəvanın əsas küçə və prospektlərini zəbt etmişdi və yürüşlər keçirirdi. Ona görə də bu şəxslər hər zaman manipulyasiya olunur, idarə edilir və erməni maraqlarına xidmət edir.
Bu gün də Moskvaya qarşı demarş göz önündədir. KTMT-ni, Kremli, Rusiyanı açıq şəkildə günahlandırırlar və bu artıq erməni təfəkküründə olan bir düşüncədir, yanaşmadır. Ermənistan hər bir uğursuzluqda Rusiyanı günahlandırır və Rusiyadan da imdad diləyir. Lakin bu da xəyanətin bir göstəricisidir.
Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsində Rusiya Ermənistanı xilas etdi və onu tam iflasdan qurtardı. Kapitulyasiya aktına imza atan da elə Nikol Paşinyan oldu. Bu gün isə həmin xilaskar Rusiyaya qarşı Ermənistanda mitinqlər geniş vüsət alır və Rusiya günahlandırılır, ünvanına müxtəlif təhqiramiz fikirlər səsləndirilir”. (Milli.az)