Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
17:59 | 6 dekabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1254 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Qardaş yumruğu” kod adlı Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı.
Təlimlər bir çox baxımdan diqqət çəkdi və başda İran olmaqla regionda imperialist maraqları olan, bu maraqlar çərçivəsində Azərbaycana təhdid yaradan qüvvələrə kifayət qədər ciddi mesaj oldu.
Xüsusilə təlimlər İrana cavab mahiyyəti daşıyırdı və demək olar ki, rəsmi Tehranın həm bir müddət öncə Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” adlandırdığı təlimlərinə, həm də SEPAH-a bağlı Teleqram kanallarında İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair yayılan təhdid xəbərlərinə layiqli cavab oldu.
Təlimlər çərçivəsində diqqətçəkən əsas məqam isə şübhəsiz təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcılarının cəlb edilməsi oldu. “F-16” qırıcılarının təlimlərə cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə AzTV vasitəsilə xalqa müraciətində toxunduğu bir məqamı yenidən aktuallaşdırdı:
“Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın “F-16” nə edir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o “F-16”ları görəcəklər onlar”, – deyə dövlət başçısı xalqa müraciətində vurğulamışdı.
Prezidentin iki il öncə dediyi bu sözlər faktiki olaraq təlimlər fonunda bir daha özünü doğrultdu. Düzdür, Azərbaycana İran tərəfdən birbaşa təcavüz olmasa da faktiki olaraq təhdid yarandı. Buna cavab olaraq da rəsmi Tehran “F-16”ları gördü.
Bu bir daha İrana açıq bir mesaj idi. Yəni İranın təhdidi qarşısında türk F-16-ları təlimlər adı altında havaya qalxdı. Ehtimal təcavüz riski qarşısında isə həmin “F-16”lar təlimlərdə icra etdiklərini real döyüş vəziyyətində də icra edə bilər.