Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:17 | 23 yanvar 2023 | Bazar ertəsi
Məqaləyə 11034 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çinin əhalisi 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 850 min nəfər azalıb. Çində ölkə əhalisinin sayının azalması son 60 ildə ilk dəfə baş verib. Çində 2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon nəfər ölüb. Bununla Çində ilk dəfə ölənlərin sayı doğulanların sayını üstələyib.
Çində azalma niyə baş verib?
Bunun bir neçə səbəbi var.
Birincisi, Çində əhalinin azalmasına pandemiya səbəb olub. Koronavirus Çində qeydə alındıqda ölənlərin sayı çox deyildi. Pekin sərt qapanma qərarı verdi. Nəticədə dünyada COVİD-19 geniş yayılarkən, Çində virus nəzarət altına alındı. Ancaq 2022-ci ilin sonundan başlayaraq koronavirus Çinə yenidən qayıtdı. Bəlli oldu ki, sərt qapanma virusu yox etmədi. Pekin yenidən sərt qapanma qərarı verdi, ancaq bu dəfə çinlilər etiraza başladılar. Pekin etirazların artacağından ehtiyat edərək sərt qapanma siyasətindən imtina etdi. Bu isə öz növbəsində pandemiyanın bu il Çində əvvəlkindən də geniş yayılmasına şərait yaratdı. Bəzi ekspertlərin fikrincə, Çin əhalisinin yarıdan çoxu virusa yoluxub və il ərzində ölənlərin sayı 1 milyona yaxınlaşacaq.
İkincisi, Çin 1980-ci illərdən başlayaraq “bir ailə, bir uşaq” siyasəti həyata keçirib. Bir uşaqlı ailələrə müxtəlif sosial dəstəklər nəzərdə tutulmuşdu. Pekin bu siyasətə ona görə üstünlük verirdi ki, artan əhalinin problemləri də artırdı ki, onları həll etmək lazım idi.
Çinin sonrakı illərdə iqtisadi imkanları və maliyyə gəlirləri artdıqca əhalinin artan sayı artıq problem yaratmamağa başladı. Buna görə də Pekin 2015-ci ildə ailələrə əvvəlcə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verdi. Bunun bir səbəbi də Çin əhalisinin qocalmasıdır. Yaşlı insanların sayı artdıqca işçilərin sayı azalır, dövlətin sosial ödəmələri artıb. İşçi qüvvəsinə ehtiyac var. Buna görə də Pekin ailələrə nə qədər uşaq dünyaya gətirmək tövsiyəsindən imtina edib.
Bu arada, Hindistanın əhalisi artıb. Hindistanın əhalisi 2022-ci ilin sonuna kimi 1,417 milyard nəfər təşkil edib. Bəziləri bu sayın çox ola biləcəyi ehtimalını irəli sürüb. Çünki Hindistanda kəndlərdə ev təsərrüfatlarında bir sıra hallarda doğuşlar qeydə alınmır, bu da əhalinin sayının daha çox olması ehtimalını artırıb.
Bu gedişlə Hindistan əhalisi Çin əhalisini üstələyəcək. Hindistan əhalisinin yarısı 30 yaşdan aşağıdır. Bu amil Hindistanın dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı olacağı ehtimalını artırıb.
“Atlas” Araşdırmalar Mərkəz