
Azərbaycan 40 milyonluq güneylinin də dövləti ...
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir, amma ...
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Mirzə Rza Babinin gülləsindən Əbədi ziyalıların yalanlarına
Kəsdiyiniz qurbanlar, tutduğunuz arzular qəbul olunsun!
Fars-molla rejimi ideologiyasını qorumaq naminə sərvətimizi qəpik-quruşa Rusiya və Çinə satıb
Urmiyada yaşayan türk fəal Salar Tahir Əfşar dünən Təbriz Mərkəzi Həbsxanasından elektron qandal qoyulmaq şərti ilə buraxılıb.
Salar Tahir Əfşar dünən, iyulun 11-də Təbriz Mərkəzi Həbsxanasından 100 milyon tümənlik girov müqabilində azadlığa buraxılıb.
Tahir Əfşar dünən axşam saatlarında Urmiyanın 11 saylı polis bölməsinə göndərilib. Bu polis bölməsində bir gecə saxlandıqdan sonra ona elektron qandal qoyularaq buraxılıb.
Siyasi fəalın telefondan istifadə etməsi və yaxınları ilə əlaqə saxlaması qadağan edildiyi üçün aclıq aksiyasını dayandırması ilə bağlı xəbərini həbsxanadan kənara verə bilməyib.
Həmçinin dünən repçi Milad Cəlili (Elşən) Təbriz həbsxanasından elektron qandal taxılaraq, 100 milyon tümən zəmanətlə azad edilib.
Salar Tahir Əfşar keçən iyunun 5-də "rejimə qarşı təbliğat fəaliyyətinə köməklik etmək" ittihamından məhkum olduğu 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.
Son illər bu azərbaycanlı fəal dinc fəaliyyətinə görə dəfələrlə İranın müxtəlif təhlükəsizlik qurumları tərəfindən həbs edilib və dindirilib. Bu, onun 2023-cü il dekabrın 19-da saxlanılması ilə əlaqədar aldığı həbs cəzası idi. O, fevral ayında çoxlu sayda milli fəalla birlikdə həbs edilib və bir müddət Evin həbsxanasının 209 saylı təcridxanasında dindirilib. Bu iş üzrə məhkəmə prosesi hələ başa çatmayıb.
O, Evin həbsxanasında təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilərkən Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilmişdi.