
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Milad Cəlili iyulun 12-də Təbriz Mərkəzi Həbsxanasından buraxılıb.
“Araz News” Telegram kanalının məlumatına görə, Təbriz Mərkəzi Həbsxanasında saxlanılan siyasi məhbus Milad Cəlili (Elşən) elektron qandal və 100 milyon tümənlik girovla şərti olaraq həbsdən azad edilib.
O, ötən il noyabrın 28-də İran Kəşfiyyat Nazirliyi qüvvələri tərəfindən həbs edilən türk fəallara dəstək məqsədilə rep mahnısı ifa etdiyi üçün həbs edilmiş və iki ay müddətinə nəzarətdə saxlandıqdan sonra zaminə buraxılmışdı.
Daha sonra bu ilin fevral ayında Təbriz İnqilab Məhkəməsi tərəfindən “sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilmişdi.
May ayında Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi “pantürk məhkumlara dəstək olaraq rep musiqisi ifa etmək və sistemə qarşi təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə verilən 8 aylıq həbs cəzasını qüvvədə saxladı.
Reper Milad Cəlili həbs cəzasını çəkmək üçün ötən ay Təbriz Mərkəzi Həbsxanasına köçürüldü və həbsdə olduğu müddətdə Evin həbsxanasında saxlanılan milli fəallara dəstək məqsədilə aclıq aksiyası keçirmişdi.