Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:14 | 1 fevral 2025 | Şənbə
Məqaləyə 501 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Çinin süni intellekt sahəsində irəli çıxmağa çalışması Vaşinqtonu ciddi narahat edib. Təsadüfi deyil ki, ABŞ Nümayəndələr Palatası Konqres üzvlərini və əməkdaşlarını Çinin “DeepSeek”lə bağlı risklər barədə xəbərdar edib və onu xidməti cihazlara yükləməyi qadağan edib. Nümayəndələr Palatası buna səbəb kimi kiber təhlükələrlə bağlı narahatlığını göstərib. Ancaq aydındır ki, əsl səbəb Çin şirkətinin yeni layihəsində ABŞ şirkətlərini qabaqlamasıdır.
Konqresmenlərin fikrincə, Amerikaya zərər vurmaq istəyənlər cihazları yoluxdurmaq üçün “DeepSeek”dən istifadə edə bilərlər. Bu səbəbdən Konqres əməkdaşlarına “DeepSeek”i iş telefonlarına, kompüterlərinə və planşetlərinə yükləmək qadağan edilib. Bu ilk belə hadisə deyil. Bundan əvvəl “Microsoft Copilot”dan istifadə etmək qadağan edilib.
“DeepSeek”lə bağlı başqa bir problem də üzə çıxıb. “Bloomberg” agentliyinin məlumatına görə, “Microsoft” və “OpenAI” texnoloji korporasiyaları təhqiqata başlayıblar. Məqsəd “DeepSeek” şirkətinin məlumatları ABŞ-ın texnoloji şirkətlərindən qanunsuz şəkildə əldə edib-etməməsini araşdırmaqdır. Şübhələr var ki, “DeepSeek” şirkəti ilə əlaqəli olanlar ABŞ-ın texnoloji şirkətlərindən məlumatları toplamağa çalışıblar.
Beləliklə, ABŞ-la Çin arasında gərgin rəqabətdə yeni mübarizə meydanı formalaşıb. ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən bir neçə gün sonra süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan etmişdi. Söhbət “Stargate” adlandırılan layihədən gedirdi. Bu layihəyə bir neşə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir” deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını vurğulamışdı. Ancaq Tramp bunu söylədikdən bir neçə gün sonra Çindən zərbə aldı, “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itirdilər. Çinli startapın “Google” və “OpenAI” kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başladı və son model ən çox yüklənən süni intellekt proqramına çevrildi. Ağ Ev bu prosesin qarşısını almağa çalışacaq. ABŞ Prezidentinin süni intellekt üzrə müşaviri Devid Saks “Fox News” televiziya kanalına müsahibəsində “DeepSeek” şirkətinin kəşfinin oğurluq məhsulu olduğunu iddia edib. Saksın sözlərinə görə, Çin şirkəti ABŞ şirkətlətlərinin bilgilərindən istifadə edib. Saksın iddiaları təsdiqlənərsə, Vaşinqton Çinin texnoloji şirkətlərinə qarşı daha ciddi tədbirlər həyata keçirəcək.