Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
21:51 | 19 fevral 2025 | Çərşənbə
Məqaləyə 371 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın baş naziri Nikol Paşinyan xalqa bugünkü müraciətində Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. Paşinyan referendumu il ərzində keçirərsə, bu Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını artıracaq.
Paşınyan xalqa bugünkü video müraciətində sülhə ayrıca bölmə həsr edib. Həmin bölmədə Paşinyanın bu fikirləri yer alıb: “Sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır. Sülh bərqərar olduqdan sonra bu, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda özünü ifadə edən xarici əlaqələrin son məqsədi olmaqda davam edir. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur. Strateji və uzunmüddətli mənada sülh o zaman mümkündür ki, bu, kənar dəstək olmadan qonşularla əməkdaşlıq mühitində yaşamaq bacarığı ilə ifadə edilməli olan bir bacarıq halına gəlir. Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır. Təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri region ölkələrinin qarşılıqlı asılılığı, ölkənin regional və qlobal təchizat və ticarət zəncirindəki yeridir”.
Paşinyanın sülhə həsr etdiyi bölmə onun etirafıdır ki, Ermənistan gah Rusiya, gah Fransa, gah da ABŞ-a arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcək, ermənilər üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır. Bunun üçün isə birincisi, Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını ehtiva edən bəndləri çıxarmalı, ikincisi, Zəngəzur dəhlizinin reallaşamasına şərait yaratmalı, üçüncüsü sərhədin “monitorinqi” adı altında Ermənistanda yerləşdirdiyi Qərbin hərbi heyətinin fəaliyyətinə ehtiyac olmadığını bəyan etməlidir. Bunlar edilərsə, Paşinyan ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər.