
“İnturist”də yaşananlar ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
AFFA-nın sabiq prezidenti Fuad Musayev «Şəfa» stadionunun Bakının «İnter» klubuna 4 milyon 250 min manata satılması haqda federasiyanın baş katibi Elxan Məmmədovun verdiyi son açıqlamaya münasibət bildirib.
Qol.Az-ın xəbərinə görə, arenanın ərsəyə gəlməsində müstəsna xidmətləri olmuş F.Musayev bu rəqəmin onda şübhə doğurduğunu bildirib. O, «Futbol +» qəzetinə müsahibəsində deyib: «Bu sövdələşmədən ağlım bir şey kəsmədi. Bu boyda arena necə 4 milyon 250 minə satıla bilər? Nə olsun ki, bura stadiondu, oradan ancaq idman məqsədiylə istifadə ediləcək?! Sizə adi nümunə göstərim. Eşitdiyimə görə, «Xəzər Lənkəran»ın stadionu 15 milyon dollara başa gəlib. İş adamı Mübariz Mənsimov öz cibindən bu qədər pul xərcləyib. Lənkəranda stadionu tikmək baha başa gələr, yoxsa Bakıda? Əlbəttə ki, paytaxtda. Çünki Bakıda torpaq yeri və işçi qüvvəsi qat-qat bahadı. Belədə «Şəfa»nın 4 milyon 250 minə satılması nə dərəcədə realdır? Bunlar yəqin stadiona qiymət qoyarkən onun neçəyə başa gəlməsini nəzərə alıblar. Etiraf edirəm, «Şəfa»nın araya-ərsəyə gəlməsinə o vaxtkı qiymətlərlə 4 milyon 500 min dollar xərcimiz çıxdı. Daha fikirləşmirlər ki, o vaxtın qiymətlərilə (2000-ci il - red.) indikini müqayisə etmək düzgün deyil. Bütün bunlar savadsızlıqdan irəli gəlir. Təkcə bir örtüyün azı 500 min dollara dəyişdirildiyini nəzərə alsaq, o boyda stadiona belə ucuz qiymət qoymaq ağılsızlıqdır».
F.Musayev əlavə edib ki, bu yaxınlarda Latviyada «Şəfa»ya bənzər stadion tikilib: «Həmin arenanı tikən adamla münasibətim var. Sonuncu dəfə mənimlə danışanda dedi ki, yeni tikdirdiyi arenaya 10 milyon dollar xərcləyib. AFFA rəhbərliyi ictimaiyyəti aldatmasın».