vaxtlı-vaxtında oxuyun! Cümə, 25 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
İstanbul səhərə qədər silkələnib 10:11 | 24 aprel 2025 | Cümə axşamı Məqaləyə 112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstanbul səhərə qədər silkələnib

Səhər baş verən növbəti zəlzələ 4,1 bal olub

CAVİD

Bu gün Türkiyə vaxtilə saat 07:19 radələrində İstanbulun Büyükçəkməcə rayonunda 4,1 bal gücündə zəlzələnin baş verdiyini açıqlanıb. Digər tərəfdən İstanbulda yeraltı təkanlar gecə boyu davam edib.

Zəlzələ və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, zəlzələnin episentri Mərmərə dənizinin Büyükçekmece sahilləri olub.

Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Kandilli Rəsədxanası zəlzələnin maqnitudasının 4,6, dərinliyinin isə 16,9 kilometr olduğunu bildirib.

***

İstanbulda zəlzələ gecə yarısına qədər davam edib. Saat 00:00-a olan məlumata görə, şəhərdə 3,7 və 3,9 bal gücündə iki zəlzələ baş verib. Digər tərəfdən, 3 baldan aşağı bir çox zəlzələ baş verib.

Mərmərə Bölgəsində baş verən təkanların sayı 150-yə yaxınlaşıb. Təkanlardan səkkizi 4 və ya daha çox bal gücündə olub.