Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
21:17 | 9 iyun 2014 | Bazar ertəsi
Məqaləyə 1463 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hazırkı dövlət başçısı Serj Sərkisyan iqtidarı ilə ixtilafı dərinləşir. R.Köçəryanın Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız getməsini tənqid etməsi birmənalı qarşılanmır.
Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryan «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində keçmiş dövlət başçısının fikirlərini şərh edərkən onu ittiham edib. XİN rəsmisi R. Köçəryanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmasına qarşı çıxıb. «Bu, Azərbaycanın dəyirmanına su tökməkdir», - deyə XİN təmsilçisi söyləyib.
Modern.az xəbər verir ki, R. Köçəryanın mətbuat xidmətinin rəhbəri Viktor Soqomonyan isə XİN başçısı müavininin dediklərinə belə reaksiya verib: «XİN Robert Köçəryanın nüfuzunu nəzərə alaraq onun fikirlərinə reaksiya verməyə bilərdi. Görünür, Savarş Köçəryanda ciddi yaddaş problemləri var. Robert Köçəryan Dağlıq Qarabağın «prezidenti» və Ermənistanın dövlət başçısı olarkən bir şüarı var idi: «Birləşmək». Robert Köçəryan dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının son hədəfi Dağlıq Qarabağla Ermənistanın birləşməsindən ibarətdir».
O, hazırkı durumda Ermənistanla Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin bir-birinə inteqrasiyasını konfederativ model kimi xarakterizə edib.
R. Köçəryanın nümayəndəsi Ermənistan XİN başçısı müavini haqda daha sərt ittiham səsləndirib: «Dağlıq Qarabağ hərəkatının unudulması və Ermənistan Xarici İşlər Nazirliyində belə bir adamın olması, Azərbaycana ötürülən paslardır».
Xatırladaq ki, Astanada Avrasiya İqtisadi Birliyinin yaradılması zamanı Qazaxıstan prezidenti Nursulatan Nazarbayevin Ermənistana Azərbaycanın mövqeyini çatdırmasını Serj Sərkisyan sükutla qarşılamışdı. Bundan sonra isə Ermənistan mətbuatı və siyasətçiləri prezident Serj Sərkisyanı səriştəsiz adlandıraraq onu tənqid ediblər.