vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 22 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
OLAY  
Yunus Əmrə Fondunda korrupsiya iddiaları 18:41 | 21 iyul 2025 | Bazar ertəsi Məqaləyə 151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yunus Əmrə Fondunda korrupsiya iddiaları

Şərəf Atəşin Almaniyadan Türkiyəyə qayıdarkən həbs olunması xəbərinə sevinən əməkdaşlar bayram etdi

CAVİD

Yunus Əmrə Fondunda 400 milyon lirə məbləğində korrupsiya ilə bağlı ittiham olunan keçmiş rəhbər Şərəf Atəş Almaniyadan Türkiyəyə dönüb və saxlanılıb.

Yunus Əmrə Fondunun fəaliyyətində böyük miqdarda saxta faktura yolu ilə oğurluq etdiyi iddia edilən Şərəf Atəşin oğlu Enes Atəş daha əvvəl həbs edilmişdi.

Məlumata görə, korrupsiya ittihamlarından sonra xaricə çıxan Şərəf Atəşə “Ölkənə dön və ədalətin işini asanlaşdır” çağırışları göndərilmişdi. Bu çağırışlara cavab verən Şərəf Atəş geri dönüb. Onun geri dönüşündə barəsində 7 il azadlıqdan məhrumetmə cəzası istənməsi rol oynayıb.

Hazırlanan ittiham aktı ictimaiyyət tərəfindən kifayət qədər qaneedici hesab edilməyib. Hətta şikayətçi olsa da, Şərəf Atəşin həbsə getməyəcəyi proqnozlaşdırılır.

Yunus Əmrə Fondunun korrupsiya qalmaqalı, xüsusən fondun əməkdaşları arasında narazılıq yaradıb. Şərəf Atəşin saxlanılması xəbərindən sevinən fondda əməkdaşlara paxlava paylanıb.

İttiham aktında qeyd olunur ki, “Saxta fakturalarda göstərilən mal və xidmətlər həm ölkə daxilində, həm də xaricdə əslində alınmayıb, fonddan qarşılıqsız pul çıxarılaraq fonda ziyan vurulub”.