
Narkobaron “Fito” Ekvadorda tutulub
ABŞ-da çoxsaylı cinayətlər törədən Adolfo Salazar ekstradisiya oluna bilər
ABŞ-da çoxsaylı cinayətlər törədən Adolfo Salazar ekstradisiya oluna bilər
Həm futbolçu, həm də narkobaron – Sebastian Marsetin ikili həyatı
Həm futbolçu, həm də narkobaron – Sebastian Marsetin ikili həyatı
Həm futbolçu, həm də narkobaron – Sebastian Marsetin ikili həyatı
Həm futbolçu, həm də narkobaron – Sebastian Marsetin ikili həyatı
Ekvadorun ən çox axtarılan cinayətkarı, “Fito” ləqəbli Xose Adolfo Masias ABŞ-yə təhvil verilib. İllərdir rəhbərlik etdiyi narko-şəbəkə ilə yalnız Ekvadoru deyil, bütün Amerika qitəsini silkələyən bu baron, nəhayət ki, ədalət qarşısına çıxarılır.
2024-cü ilin iyun ayında, Manabi bölgəsindəki malikanəsində yeraltı sığınacaqda gizlənərkən yaxalanan Masiasın ABŞ deportasiyası zamanı əynində şortik, mayka, gülləkeçirməz jilet və kaska olub. Ətrafı isə ağır silahlı polis qüvvələri ilə mühasirəyə alınıb.
“Fito”, ABŞ Dövlət Departamentinə məxsus xüsusi təyyarə ilə Nyu-Yorka aparılıb. Hazırda o, Bruklin Federal Məhkəməsində yeddi maddə üzrə ittiham olunur. İddianamədə tonlarla narkotik qaçaqmalçılığı və silah alveri kimi ağır cinayətlər yer alır.
ABŞ prokurorluğu onun ictimai təhlükə yaratdığını və qaçmaq ehtimalının yüksək olduğunu əsas gətirərək həbsdə saxlanmasını tələb edib. Əgər günahı sübuta yetirilərsə, “Fito” ən azı 10 il həbs cəzası alacaq. Amma maksimal cəza tətbiq olunarsa, ömrünün sonuna qədər dəmir barmaqlıqlar arxasında qalacaq.
Xatırladaq ki, 2024-cü ilin yanvarında onun həbsdən qaçması ölkədə böhran yaradıb, silahlı dəstələr televiziya kanallarına hücum etmişdi. Buna cavab olaraq Ekvador Prezidenti Daniel Noboa fövqəladə vəziyyət elan etmişdi. Həmin hadisədən sonra ölkədə 22 qeyri-qanuni silahlı qruplaşma terror təşkilatı kimi tanınıb.
Masiasın ABŞ-a təhvil verilməsi, Ekvadorda dövlət nəzarətinin bərpası yolunda rəmzi bir addım kimi dəyərləndirilir.