Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
10:31 | 15 iyun 2014 | Bazar
Məqaləyə 1485 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Vətəndaşlar saatlardır gözlədilir
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
«Hamı bilir ki, bu qədər silah-sursatın qarşısında Ermənistan heç bir şey edə bilməyəcək». Bu sözləri axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Naxçıvan istiqamətində ikinci cəbhənin açıqlaması ilə bağlı erməni ekspertlərinin xüsusi narahatlıqlarını şərh edərkən deyib. O, Azərbaycanın Naxçıvan istiqamətində ikinci cəbhə açmasının mümkünsüz olduğu bildirib:
«Əslinə qalsa, ermənilər məhz Naxçıvan məsələsinin şişirdilməsinin marağındadırlar. Naxçıvanla bağlı heç bir narahatlıq yoxdur və Azərbaycan siyasi rəhbərliyi də heç vaxt Naxçıvan ərazisindən Ermənistana qarşı hər hansı addım atmaq niyyətində olmayıb. Biz niyə Dağlıq Qarabağı qoyub, Ermənistana girməliyik? Bu ermənilərin çoxdan hazırladığı təxribatdır və onlar bizi belə təxribata cəlb etməyə çalışırlar. Naxçıvanda heç nə baş vermir. Sadəcə, bir qədər atışmaların sayı artıb. Şükürlər olsun, heç bir itkimiz də yoxdur. Bu gün Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ən yüksək şəkildə Naxçıvanı müdafiə edir. Bütün bunların fonunda Azərbaycanın Naxçıvandan cəbhə açmasını demək olmaz. Əvvəla, bu, praktik olaraq mümkün deyil. Bu cəbhənin açılması Ermənistana girmək deməkdir. Biz isə Ermənistana girmək niyyətində deyilik, işğal altında olan torpaqlarımızı terrorçulardan, separatçılardan azad etmək istəyirik – necə ki, bunu Ukrayna edir. Amma ermənilər Naxçıvanla bağlı narahatlıqlarını bəyan etməklə, düşünülmüş surətdə bizi təxribata çəkirlər. Çünki Ermənistan ərazisinə hücum artıq Kollektiv Təhlükəsizlik Müqaviləsinin işə düşməsi deməkdir. Biz niyə Ermənistana girməliyik ki!»
Hərbi ekspert son hadisələrin Ermənistan hakimiyyətini çaşqın vəziyyətdə qoyduğunu söyləyib:
«Əgər ikinci cəbhənin açılması mümkün olsaydı, bu, 90-cı illərdə edilərdi. Bu, o zamanlar bəlkə də mümkün idi. Hazırda ən müasir T-90, Mİ-35 hərbi helikopterləri, «SMERÇ» hərbi raket sistemləri Naxçıvandadır. Bununla Ermənistanı çox böyük problemlərlə üz-üzə qoymaq olar. Amma kiminsə Ermənistan ərazisinə Naxçıvandan keçməsi mümkün olan məsələ deyil. Son hadisələr göstərir ki, Ermənistanın özü çaşqın vəziyyətdədir. Onlar sadəcə informasiya müharibəsi ilə Azərbaycana təsir göstərmək istəyirlər. Bununla öz daxillərində olan ab-havanı sakitləşdirmək niyyətindədirlər. Hamı bilir ki, bu qədər silah-sursatın qarşısında Ermənistan heç bir şey edə bilməyəcək. Serj Sərkisyan və digərləri yaxşı bilir ki, Azərbaycan yaxın zamanlarda onlara qan udduracaq. Çünki bunu uzatmağın heç bir mənası yoxdur. Azərbaycanda mütləq mənada bu yolu gedəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin».