 
                                57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
 22:50 | 16 iyun 2014 | Bazar ertəsi
                Məqaləyə 1416 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                22:50 | 16 iyun 2014 | Bazar ertəsi
                Məqaləyə 1416 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
 
                                NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
 
                                Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
 
                                Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
 
                                Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
 
                                Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
 
                                Polşa əsgərlərinə Ukraynada PUA təlimi
 
                                Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
 
                                Fransa Polşaya “Rafale” qırıcıları göndərir
 
                                NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
 
                                Polşada həyəcan, uçuşlar dayandırıldı
 
                                Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
 
                                “AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
 
                                Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
 
                                Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
 
                                NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
Cəbhədə şəhid yenə də Bakıda təşkil olunan rəsmi toplantı fonunda baş verdi. Cəbhədən snayperlərin çəkilməsi məsələsinə bu gün Bakıda keçirilən NATO Parlament Assambleyasının seminarında da toxunulub. Qəribəsi budur ki, snayperlərin çəkilməsini hər gün atəşkəsi ən azı 20 dəfə pozan Ermənistan tərəfi istəyib. Ümumiyyətlə, bu seminar qalmaqallı olub. Hüquq müdafiəçisi Leyla Yunusun Ermənistan nümayəndələrini yanlanması da medianın diqqətindən yayınmayıb.
ANS TV-nin məlumatına görə, NATO PA-nın Bakıda keçirilən 86-cı seminarı bir neçə cəhətilə diqqət çəkirdi. Əvvəla, xeyli fasilədən sonra ermənilər yenidən Bakıda göründülər və Dağlıq Qarabağ mövzusu ətrafında qalmaqala səbəb olan müzakirələrə qoşuldular. İkincisi, sapı özümüzdən olan baltalar bizə xatırlatdılar ki, düşmən ocaq başındadır. Onu kənarda axtarmaq lazım deyil. Və nəhayət, bu tədbir Qarabağ konflikti ətrafında müxtəlif fikirlərin toqquşması baxımından da maraqlı sayıla bilərdi. Beləliklə, bu gün şəhərin mərkəzi otellərindən birində baş tutan tədbirin detallarına varaq. Qalmaqala səbəb olan ilk çıxışı kürəkənimiz hesab edilən Metyu Brayza - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri etdi. O, bildirdi ki, Azərbaycan və Ermənistan prezidentləri hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı kompromislərin əldə edilməsi üçün qarşılıqlı inamın lazım olan səviyyəsini əldə edə bilmirlər.
Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantından istifadə ehtimallarının azaldılması istiqamətində işləri davam etdirmək çağırışını erməni qonaqlar alqışla və məmnunluqla qarşıladılar. Ermənistan nümayəndə heyətinin rəhbəri Naqapetyanın buradakı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olaraq Ermənistan və Azərbaycan yox, qondarma Dağlıq Qarabağ respublikasının göstərilməsini israrla tələb etməsi də çox güman bu çıxışın təsiriydi. Naqapetyan güman ki, Azərbaycan torpaqlarında da qonaq olduqlarını və günlərin bir günü işğal etdikləri əraziləri boşaldacaqların düşünməmişdi. Əks halda o, snayperləri təmas xəttindən geri çəkməklə bağlı Azərbaycan qarşısında tələb irəli sürməzdi.
Erməninin mövzudan kənara çıxmasına Qüdrət Həsənquliyev biganə qala bilmədi. O, ilk növbədə Metyu Brayzanı tənqid etdi. «Mən əvvəldən də Metyu Brayzanın mövqeyini sərt tənqid etmişəm. Təəssüf ki, yenə də bu mövqedə qalmaq zorundayam. Brayza artıq müstəqil ekspert olsa da, yenə özünü ABŞ Dövlət Departamentinin əməkdaşı kimi aparır və oranın mövqeyini ifadə edir, özünün yox. Cənab Brayza, həyat yoldaşının türk olduğuna görə ermənilər sizin Azərbaycanda bir ildən çox səfir olmağınıza imkan vermədi. Siz bunlardan ədalət gözləyirsiniz?!».
Həsənquliyevə dəstək Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovdan gəldi.
Maraqlıdır ki, tədbirdə erməni deputatlar Azərbaycanda Ermənistana qarşı düşmən ifadəsinin səslənməsindən də narahatlıq ifadə etdilər. Düzdür, onların cavabını Ziyafət Əsgərov verdi. Dedi ki, məgər biz Ermənistana dost deməliyik? 20 faiz torpaqlarımızı işğal edib. Bir milyon qaçqınımız var, hələ utanmaz-utanmaz da deyirsiniz ki, sizə düşmən deməyək. Amma Ziyafət Əsgərov əslində ermənilərə sərf edən cavabı səsləndirdi. Sabah bunun ucundan tutub ucuzluğuna gedəcəklər ki, Azərbaycanda ermənifobiya var və s. Hərçənd, bunun əksini Leyla Yunus gen-bol sərgiləyirdi. O, erməni qonaqlarla təkcə eyni cərgəni bölüşməmişdi, bu ola bilsin, protokol qaydasıydı. Amma fasilədə ermənilərə Azərbaycanda siyasi məhbusların olmasına dair öz hesabatları əks olunan kitabçalar paylamasının protokol qaydasına aidiyyəti yoxdur. Buna deyərlər Leyla Yunus qaydası.