Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
17:50 | 20 iyun 2014 | Cümə
Məqaləyə 1737 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlar qəbul edən beynəlxalq təşkilatlar öz qərarlarını riayət etməlidirlər. Azərbaycan prezidenti heç kimə imkan verməyəcək ki, işğal olunmuş torpaqlarımızla bağlı problem dondurulsun. Bunu bütün dövlətlər eşitsin».
Vaxt.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, nə Avropa Şurasına, nə ATƏT-ə, nə BMT-yə sərbəst qurumlar demək olmaz: «Çünki bu qurumlar hansısa dövlətlərin ianəsindən, üzvlük haqlarının əsas hissəsini ödəyən dövlətlərdən asılıdır. Bəlkə də dünya ölkələrinin yeni qurum yaratmasına, ya da BMT-nin forma və strukturunun dəyişdirilməsinə ehtiyac var. Tarixən güclülər gücsüzləri əzib, bu gün də bu proses davam edir. Kim pul ödəyirsə, musiqini də o diktə edir. Bu gün beynəlxalq qurumlara hansı dövlət daha çox vəsait ödəyirsə, o da diktə edir. Biz insanlara nə vaxta qədər səbr edin deyəcəyik?! Qonşu dövlət torpaqlarımızı işğal edib, lakin heç bir beynəlxalq qurumlar tərəfindən Ermənistana sanksiya tətbiq olunmur. Bu dərəcədə ədalətsizlik olarmı?»
Ə. Həsənov Yaxın Şərqdə baş verən proseslərə də toxunub: «İraqa, Əfqanıstana müdaxilə etdilər, guya bu ölkələrdə diktatura rejimi idi. İndi guya İraqı, Əfqanıstanı, Liviyanı demokratik, stabil dövlətə çeviriblər? Heç kim belə durumlardan sığortalanmayıb, hamının Allahı var. O ölkələrin də başına bir gün belə hadisələr gələcək».
Dövlət Komitəsinin sədri Ermənistanın öz xalqını dilənçi vəziyyətə saldığını, bu dövlətin heç kimə lazım olmadığını vurğulayıb: «Ancaq hələ də bu dövlətə himayədarlıq edirlər. Ermənistanın indiki prezidenti deyir ki, biz Dağlıq Qarabağı aldıq, gənclər də Ağrı dağını azad etməlidirlər. Bəs o halda niyə Ermənistana havadarlıq edirlər?»
Ə. Həsənov Azərbaycan prezidentinin, dövlətinin və xalqının Dağlıq Qarabağ problemini mütləq həll edəcəyini bildirib.