vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KRİMİNAL, CİNAYƏT  
Sevinc Babayevanın oğlu həbs edildi 16:20 | 25 iyun 2014 | Çərşənbə Məqaləyə 3339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sevinc Babayevanın oğlu həbs edildi

Ayxan Məmmədova oğurluq ittihamı ilə 3 il 6 ay həbs verilib

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mandat alveri» qalmaqalının qurbanı, 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilib.


Bu barədə redaksiyamıza özünü A.Məmmədovun dostu kimi təqdim edən Orxan adlı şəxs məlumat verib. Dostu bildirdi ki, A.Məmmədov barədə bu gün Binəqədi rayon Məhkəməsində keçirilən proses zamanı hökm çıxarılıb. «Favorit» marketdə oğurluq etdiyi iddiası ilə ona qarşı açılan cinayət işinin məhkəmə istintaqı yekunlaşıb və A.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Dostunun bildirdiyinə görə, A.Məmmədov üçün bu qərar gözlənilməz olub. Çünki o, marketdən hər hansı oğurluq etmədiyini daha öncə bildirib və yaxın ətrafına şərə düşdüyünü deyib. Bundan başqa, A.Məmmədova şərti iş veriləcəyi barədə vəd verildiyi üçün o, bu həbsə hazırlıqlı olmayıb. 

S.Babayevanın oğlunu məhkəmədən birbaşa 1 saylı İstintaq Təcridxanasına aparıblar. Ayxan telefonunu, şəxsi əşyalarını dostuna verib. 

Mövzunu davam etdirəcəyik. (musavat.com)