
«...İndi Həccə gedirəm»
Gülər Əhmədova ziyarətə yollanıb
Gülər Əhmədova ziyarətə yollanıb
Gülər Əhmədova qardaşının ANS-dən çıxmasından danışdı
Sevinc Babayevanın qohumları sevinc içindədir
Ayxan Məmmədovun həbsinin təfərrüatı
Ayxan Məmmədova oğurluq ittihamı ilə 3 il 6 ay həbs verilib
Gülər Əhmədovanı yasda görüblər
Sentyabrdan fəaliyyətə başlayacaq qəzet üçün indidən heyət yığmağa başlanılıb
Türkiyəli iş adamı Səlcuq Ağlayan: «Fillər vuruşdu, arada otlar əzildi...»
Gülər Əhmədova danışdı
Məhkəmə prosesində sabiq millət vəkilinin üç vəkili iştirak edib
Vəkil: «Sabah məhkəmə qərar verəcək»
Həyat yoldaşı: «Amma kiminlə... bilinmir»
Ya 3 illik həbs qərarı qüvvədə qalacaq, ya da ona bəraət veriləcək
Sabiq deputatın kasasiya şikayəti qismən təmin edildi
Sabiq deputat 8 martda ailə üzvləri ilə görüşə bilməyib
Vəkil: «Onun həmçinin baş ağrıları var, müalicə olunur, həkimlər ona baş çəkirlər»
İyunun 25-dən etibarən gündəmin əsas mövzularından biri də heç şübhəsiz ki, mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbsidir. «Favorit» marketin 4-cü mikrorayondakı (Binəqədi rayonu, Mir Cəlal küçəsi 59 k, «Tərlan» şadlıq sarayının yaxınlığında) filialından ətir oğurladığı üçün həbs edildiyi iddia olunan A.Məmmədov 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Mediada dolaşan versiyalardan biri bu həbsin siyasi sifariş olması, «ətir oğurluğu» faktından isə bu işdə sadəcə bəhanə kimi istifadə edilməsidir.
Vaxt.az xəbər verir ki, «Yeni Müsavat»ın müxbiri isə baş vermiş oğurluq hadisəsinin təfərrüatlarını öyrənmək üçün sözügedən marketdə olub. Marketin filial rəhbəri (təəssüf ki, özünü təqdim etməyə və adının mediada hallandırılmasına etiraz etdi - S.T.) əməkdaşımızla söhbətində bildirdi ki, adlarının bu məsələdə «sifarişi icra edənlər» kimi hallandırılmasından narazıdılar. Təmsilçinin sözlərinə görə, burada söhbət xırda, kiçik ətir oğurluğundan getmir. Belə ki, A.Məmmədovun oğurluğu böyük miqdarda olub: «O adam marketdən külli miqdarda alver edib. Şirniyyatdan tutmuş kolbasaya, ətə, içkiyə qədər hər şey alıb. Ətir də olub aldıqlarının arasında. Hamısının tam məbləğini bilmirəm, amma polis bunu hesablayıb. Sonra isə yaxınlaşıb boş kassaya.
Günün müəyyən saatında kassalardan biri boş olur, əməkdaşlar növbə ilə yeməyə gedirlər. Həmin boş kassaya yaxınlaşıb, özü yavaş-yavaş aldıqlarını oradakı torbalara yerləşdirib. Torbaları qoyub yerə, gedib bayırda siqaret çəkməyə. İz itirmək üçün belə edib. Sonra isə qayıdıb torbaları götürüb. Bu məqam təhlükəsizlik kamerasına nəzarət edən əməkdaşları onun hərəkətlərindən şübhələndirib və onlar Ayxanı mağazanın qapısında yaxaladılar».
Market təmsilçisi bildirdi ki, A.Məmmədov yaxalanan kimi «siz bilirsiz mən kiməm», tipli etirazlar edib. Bundan sonra market rəhbərliyi sahə müvəkkilinə baş vermiş hadisə ilə bağlı məlumat verib. Oğurluğun araşdırılması daha sonra məhkəmə instansiyasında davam edib. Mart ayında baş vermiş oğurluq hadisəsinin məhkəmə istintaqı da bir müddət çəkib.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə ittiham olunan Ayxan Babayevin barəsində ibtidai istintaq və məhkəmə dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və o, bu müddətdə azadlıqda olub. Onun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi 25 iyunda yekunlaşıb. Məhkəmənin qərarı ilə A.Məmmədov zaldaca həbs edilib və 1 saylı istintaq təcridxanasına aparılıb.
Qanunvericilik bu hadisə ilə bağlı nə deyir?
Cinayət Məcəlləsinin 177.2.2. (təkrar oğurluq) maddəsinə görə, üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Halbuki 177.1-ci maddə (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.