
İsgəndərovun maxinasiya xəritəsi
Binəqədinin icra başçısını sabiq rektor Elşad Abdullayevlə birləşdirən səbəblər
Binəqədinin icra başçısını sabiq rektor Elşad Abdullayevlə birləşdirən səbəblər
Deputat gözlənilən islahatlardan danışdı
Buraxılış imtahanında iştirak etməyən 9-culara şəhadətnamə verilməyəcək
Gülər Əhmədova ziyarətə yollanıb
TQDK-nın sabiq sözçüsü hələ də axtarılır
Fond nazirliyin tərkibinə keçdi
«Yeni qurum haqqında indidən danışmaq tezdir»
Keçmiş TQDK sədri yeni quruma başçılıq edəcək
Məleykə Abbaszadə Elnur Nağızadədən danışdı
Məleykə Abbaszadə abituriyentləri sakitləşdirdi
İlham Əliyev fərman imzaladı
150 manata kirayə qalan ucqar dağ kəndinin gənc müəllimi:
Məleykə Abbaszadə təsdiqlədi
III və IV qrup üzrə qabiliyyət tələb edən ali məktəb ixtisaslarına imtahansız qəbul aparılacaq
Təhsil Nazirliyi və TQDK-dan sensasion yenilik
Məhkəmə ABU-nun dekanını 10 il müddətinə həbsdı saxladı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq fakültələrinə qanunsuz köçürülmə, ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Respublika Prokurorluğundan Vaxt.az-a verilən məlumata görə, istintaq zamanı Mahmud Əfəndiyevin Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz yataqlarının istismarı və işlənməsi fakültəsinin dekanı vəzifəsində işləyərkən universitetin rektoru Elşad Abdullayev və qeyriləri ilə qabaqcadan əlbir olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul olmayan ayrı-ayrı şəxslərin Mahaçqala şəhərində yerləşən ali təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları və təhsil almaları barədə bilə-bilə yalan məlumatlar daxil etməklə rəsmi sənədlər tərtib edib Təhsil Nazirliyinin razılığı olmadan II kursdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmələri üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 40 min 500 manat məbləğində külli miqdarda rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Elşad Abdullayev və qeyriləri barədə cinayət işi ayrıca icraata ayrılmışdır.