
DİM-də böhran
10 mindən çox apelyasiya təkcə texniki deyil, sistemli problemlərin göstəricisidir
10 mindən çox apelyasiya təkcə texniki deyil, sistemli problemlərin göstəricisidir
DİM-dən açıqlama
DİM prosesi təhsil və karyera uğurunun yeganə kriteriyasına çevirib
Mərkəz mübahisəli qərarlarını heç bir şəffaf nəzarət olmadan verməyə çalışır
Sadəcə texniki yanlışlıq deyil – səhlənkarlıq, məsuliyyətsizlik, tərbiyəsizlikdir
Xidmət haqqı nəyə görə alınır?
DİM keyfiyyətsiz sistemləri ilə abituriyentlərin gələcəyini riskə atır
Universitetlərin rolu sıfıra endirilib
Sovetdənqalma 15 noyabr qərarı niyə ləğv olunmur?
Sənəd qəbulu ilə bağlı ən çox verilən 5 suala cavab
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib
DİM rəhbərliyi Təhsil Nazirliyini və kurikulumu bəhanə edərək müstəqilliyin ən uğurlu nailiyyətini sıradan çıxarmaq istəyir
Nə baş verdi ki, DİM tələbə qəbulunda illərin sınağından çıxmış sistemdən imtina etməyə hazırlaşır?
Sabahdan boş qalan yerlərə ixtisas seçimi aparılacaq
V qrup 26709 abituriyent üzrə biliyini sınayacaq
Bu gün (21 iyun) 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun 2-ci mərhələsi - test imtahanları keçirilir. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, imtahanlar bir həftə davam edəcək. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə məlumat göndərilib.
Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilir. İmtahanın gedişinə video-nəzarət edilir.
Test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazananlar üçün 30 iyul 2014-cü il tarixindən müsahibələr təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının «Müəllimlərin işə qəbulu» səhifəsində yerləşdiriləcək.
Qeyd edək ki, 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib.
Müraciət edənlər arasında ibtidai sinif (4996), ingilis dili (2578), Azərbaycan dili və ədəbiyyat (2190), riyaziyyat (1477), tarix (1156) və informatika (1113) müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub. İlkin təhlil göstərir ki, Bakı şəhərində olan vakant yerlər digərlərinə nisbətən çox seçilib. Belə ki, Bakı şəhərinin bəzi məktəbləri üzrə bir ingilis dili müəllimi yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə 800-dən artıq ərizə qeydə alınıb.