vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 iyul 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QARABAĞ  
Erməni mer minaya düşdü 13:18 | 22 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni mer minaya düşdü

Armavir şəhərinin başçısı daxil olmaqla 3 nəfər ağır yaralanıb, sürücü isə ölüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Armavir şəhərinin meri bu gün Azərbaycanın işğal altındakı ərazilərində minaya düşüb. Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, mer Ruben Xlqatyanın «Villis» markalı avtomobili işğal altındakı Laçın rayonunun şimal hissəsində tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində mer yaralanıb, onun Aram adlı sürücüsü yerindəcə ölüb.

Maşındakı daha iki nəfərin ağır yaralandığı və onların Xlqatyanla birlikdə vertolyotla İrəvana aparıldığı bildirilir. Ermənistanın səhiyyə naziri yaralıların  təcili olaraq İrəvandakı «Erebuni» tibb mərkəzinə çatdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib.