
Dəməşqdə hərəkətlilik
İraq kəşfiyyatı Şara ilə masada
İraq kəşfiyyatı Şara ilə masada
İki nəfər həbs edildi
“Zəvvarlar kişiləri narkotik satır, qadınları sığı adı altında fahişəlik edir”
Sistaninin çevrəsi Bağdadda boşluğu doldurmağa çalışır
İraq fermerləri səhrada xurma yetişdirir
İraqdakı PUA hücum ilə körfəzdəki qaçaqmalçılıq arasında bağlantı varmı?
Bərzanilər və Təlabanilər arasında rəqabət meydanı
Hava limanı vuruldu
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Ərbildə şübhəli PUA vurulub
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
“Keçmişi silmək” qorxusu gücləndikcə, Tikritdə silahlı bir qrup ağırlaşır
Hələbdəki sığınacaqlarda silahlar və bombalar ələ keçirilib
4 nəfər ölüb, 3 nəfər yaralanıb
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
«İraq və Şam İslam Dövləti» (İŞİD) İstanbul məscidlərini işğal edib və Azərbaycan vətəndaşlarına bu məscidlərdə təlimat keçərək Suriya və İraqa yola salır. Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Türkiyədə cəfərilər təriqətinin (şiəliyin qolu) liderlərindən olan Əhlibeyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı «Cümhuriyyet» qəzetinə verib.
Hasan Kanaatlı deyib ki, İŞİD İstanbulun Fatih, Ataşehir. Esenyurt və Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb. Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimtlandırılıb Suriyaya yola salınır.
Dərnəyin başqanı bildirib ki, Türkiyə şiələri üçün İŞİD təhdidi getdikcə artır.
«İnsanlarımız öz təhlükəsizliklərini özləri təmin etmək istəyirlər. Deyirlər ki, qadınlarımıza təlim keçək, silahlanaq, növbə çəkək, bunları təqib edək. Biz mane oluruq. Daxili işlər naziri Afkan Aladan görüş istədik, ancaq 10 gündür cavab ala bilmirik. Bizi qəbul etsəydi mühafizə istəyəcəkdik» - deyə cəfəri lider bildirib.
Məlumata görə, bir neçə gün əvvəl cəfərilərin Məhəmmədiyyə məscidinə hücum olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi təxmin edilir.
H.Kanaatlı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları necə hədələdiyini eşidiblər.
«Sizə burada azan oxutmağa imkan verməyəcəyik» deyiblər. İŞİD-in güclü olduğu bölgələrdən biri də Fatihdir. Bağcılarda mağaza açıblar, şiələr əleyhinə broşüralar paylayırlar. Ataşehir səmtində dərnəklər qurublar. Medinə Camisi mərkəzləri onların nəzarətindədir. Azərbaycandan gətirdikləri gəncləri orada 2-3 gün qonaq edirlər, təlimat keçib Suriyaya göndərirlər. Cübbə geyindirirlər. Ötən gün Suriyadan birinin cənazəsi gəldi. Ataşehirdən idi, iki uşağı vardı. Dövlətin bu işlərdən xəbərinin olmaması mümkün deyil» - deyə cəfəri lider bildirib.
H.Kanaatlı deyib ki, bir gün evinin balkonunda oturanda küçədən keçən vəhhabilərin «Suriyada, İraqda, həmdolsun, şiələri çox yaxşı gəbərdirlər. Burada da başlasaydı...» deyə ona sataşdıqlarını eşidib.
Şiə lideri deyib ki, həyatı üçün narahatdır və mühafizəçilərlə təmin olunmasını istəyir.