vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 8 sentyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
Pan Gi Mun dialoq təklif edir 10:53 | 5 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1473 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pan Gi Mun dialoq təklif edir

BMT Azərbaycan və Ermənistana müraciət etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir. «Pan Gi Mun bütün tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, zorakılıqdan çəkinməyə və gərginliyin dərhal aradan qaldırmağa, həmçinin, münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb», deyə sənəddə qeyd olunur.

Baş katib ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəklədiyini, münaqişə bölgəsində son günlər gərginliyin artması ilə əlaqədar narahatlığı bölüşdüyünü ifadə edib.