Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
22:27 | 26 avqust 2014 | Çərşənbə axşamı
Məqaləyə 3686 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyanın «Ermənistan əsgərləri heç nəyi gözləməməli, Azərbaycanın mövqelərinə zərbələr endirməlidir» sözlərinə Azərbaycandan ciddi təpki gəlib.
ANS PRESS-in məlumatına görə, hərbi ekspert, polkovnik Cəlil Xəlilov deyib ki, bütün Ermənistan xalqı və dünya ictimaiyyəti bilir ki, Azərbaycan bu gün Qafqazda ən güclü bir orduya malik olan ölkədir.
«Azərbaycan 1992-93-cü illərin Azərbaycanı deyil. Hazırda ölkəmizin bütün imkanlara və mənəvi-psixoloju duruma malik olan bir nizami ordusu var. Həm də dünya ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi var ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxmalıdır, ancaq yenə də həyasızcasına dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Ağlayırlar ki, iqtisadi cəhətdən dolana bilmirlər, acdırlar. Bu yaxınlarda erməni katalikosu Şeyxə məktub yazır ki, Azərbaycan ordusu təzyiqləri dayandırsın. Azərbaycan isə beynəlxalq hüquq normalarına riayət etməklə sülh yolu ilə öz torpağını işğaladan azad etmək istəyir. Ermənilər isə indi görün, nələrə əl atır. Onlar düşünür ki, 1992-ci ildə keçmiş SSRİ-nin ordusundan istifadə edərək silahsız, əliyalın insanlara silahlı təzyiq göstərərək Azərbaycan ərazisini zəbt ediblər. Elə bilirlər ki, yenə də həmin dövrdür. Bu gün nə keçmiş SSRİ-nin ordusu, nə də Ermənistanın Azərbaycana təzyiq göstərmək üçün gücü var. Ermənistanın əhalisi günü-gündən azalır, heç 2 milyon əhalisi qalmayıb, gənclər ordudan imtina edir, xarici ölkələrə qaçırlar. Azərbaycan ordusunun büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur. Yəni onu demək istəyirəm ki, Ermənistan hazırda Azərbaycanın bir qarış torpağını belə tuta bilməz», - deyə polkovnik Cəlil Xəlilov bildirib.
Bakı şəhər Veteranlar Şurasının sədri, polkovnik Məhərrəm Cahangirov isə hesab edir ki, qoy ermənilər şovinist fikirlərindən uzaqlaşsınlar: «Onların xəyalları 1992-ci ilə gedib. O vaxtlar bizimkilər özlərini müdafiə edirdi, ermənilər isə 4 ildir ki, müharibəyə hazırlaşırmış. Düzdür, ermənilər 1-ci Qarabağ savaşında öz arzularına çatdılar. Bu günkü Azərbaycan ordusu o dövrün ordusu deyil. Ermənilər populist fikirlərindən əl çəksələr yaxşıdır. Bu gün Azərbaycan ordusunun döyüş hazırlığı, potensialı, qabiliyyəti, imkanları, komandir və əməliyyat hazırlığı elə səviyyədədir ki, ermənilər xülyalara dalıb nəyisə planlaşdırsa belə, onların burnu əziləcək. Mənim erməni xalqına yazığım gəlir. Müharibə aparmaq elə də asan iş deyil. Müharibədə əsas ölkənin iqtisadi potensialı önə çəkilir. Ermənilərin hazırkı döyüş hazırlığına bələd olduğumuza görə deyə bilərik ki, sonda müharibəyə başlasalar, peşman olarlar».
Polkovnik Məhərrəm Cahangirov deyir ki, Azərbaycanın Ali Baş Komandanı sülhsevər olduğuna görə istəmir ki, Azərbaycan oğulları müharibədə həlak olsunlar.
«Prezident Qarabağ problemini sülhlə sona çatdırmaq fikrindədir. Azərbaycan əsgərinin döyüş ruhu indi çox yüksəkdir. Belə ordunu məğlub etmək mümkün deyil. 1-ci və 2-ci çeçen müharibələrində bir neçə yüz min çeçen xalqı atom silahı olan Rusiya ordusu qarşısında duruş gətirdi, məğlub olmadı, çünki onların döyüş ruhu çox yüksək idi. Ermənistan silahlı qüvvələrində isə döyüş ruhu yox dərəcəsindədir. Mən isə əminliklə deyə bilərəm ki, tam hazırlıqlardan sonra 2-3 həftə ərzində işğal edilmiş torpaqları tam azad edə bilərik», - deyə Bakı şəhər Veteranlar Şurasının sədri bildirib.
Qeyd edək ki, general-mayor Arkadi Ter-Tadevosyan deyib ki, Ermənistan hərbçiləri cəbhədə Azərbaycanın mövqelərinə zərbə endirmək iqtidarındadır.
«İmkan verə bilmərik ki, bizə hücum etsinlər və itkilərimiz olsun. Əgər biz Azərbaycan tərəfinə hücum etməsək, onları atəş altında saxlamasaq daim gərginlik altında yaşayacağıq», - deyə Tadevosyan bildirib.
Qeyd edək ki, bu cür təxribat xarakterli çağırışlar erməni tərəfindən ilk dəfə deyil səslənir. Cəbhədəki son döyüşlərdən sonra Ermənistanda Qarabağ müharibəsinin iştirakçıları tez-tez bu cür çıxışlar edirlər. Son döyüşlərdən sonra erməni əsgərlərində yaranan ruh düşkünlüyünü aradan qaldırmaq üçün keçmiş döyüşçülər belə pafosla danışırlar.