57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
20:37 | 5 sentyabr 2014 | Cümə
Məqaləyə 2420 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
«NATO sammitində Ermənistan prezidenti Serj Sərkisyan da çıxış etdi. Sanki heç kəsin məsələdən xəbəri yoxdur, elə bil, Ermənistanın əraziləri işğal olunub, Azərbaycan konstruktiv olmalıdır. Riyakarlıqla, aldatmaqla öz məqsədinə çatmaq istəyir. İkitərəfli görüşlərdə də belə mövqe ortaya qoyur, eyni zamanda Azərbaycan barədə fikirlər söyləyirdi».
APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.
PA rəsmisi qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan hər üç dövlətin başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirir: «Bu halda Serj Sərkisyan məsuliyyətini hiss edib, yeni taktika seçməyə başlayıb, vəziyyəti başqa cür təqdim etmək istəyir. Erməni siyasətinin arsenalı belə nümunələrlə doludur. Yəni Serj Sərkisyan görüşləri, çıxışları zamanı tam riyakarlıqla üçüncü tərəfi aldatmaq, ona yalan məlumatlar vermək üçün lap «xameleon»a çevrilir. Əli yüzlərlə uşağın, qadının, qocanın qanına batmış, hətta özü də bir zaman bunu etiraf etmiş bu şəxs əslində terrorçudur. Terrorçu kimi atdığı addımlar, törətdiyi qətllər üçün bir gün cavab verəcək. O unudur ki, havadarları əlini çəkən kimi İraqda, Suriyada, Əfqanıstanda və digər yerlərdə axtarılan terrorçulara bərabər tutulacaq və ona yeri göstəriləcək. Serj Sərkisyan bilməlidir ki, bu gün onun əməllərinin cəzasını məzlum erməni xalqı çəkirsə də, sabah onun özü çəkəcək. O bilməlidir ki, həmişə hamını aldada bilməz. Artıq Serj Sərkisyanın özünün bunu dərk etdiyini görmək olur. Görünür ki, başa düşür ki, hansı yolu keçib, nələr edib, gələcəkdə onu nə gözləyə bilər. Bu hal isə dərhal onun psixi durumuna diqqəti cəlb edir. Serj Sərkisyan son vaxtlar ən mötəbər görüşlərdə belə özünü normal, adekvat apara bilmir. Davranışının bir sıra psixi xüsusiyyətləri özünü büruzə verir. Birdən-birə coşaraq əl-qol hərəkətləri edir, hərəkətləri çərçivəyə sığmır, sifəti qəribə formaya düşür, özünü idarə edə bilmədiyi aydın müşahidə olunur. Yəqin ki, yaşadığı terrorçu həyatı, törətdiyi əməllər öz təsirini göstərməyə başlayıb. Düşünürəm ki, bu, hələ başlanğıcdır».
N.Məmmədov bildirib ki, başqa cür də ola bilməz: «25 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal altında saxlayaraq beynəlxalq birliyə yalan məlumatlar verməklə özü də başa düşmür ki, o, Lafontenin, yaxud Krılovun təmsillərindəki obrazlara bənzəyir».