
Mirzəyevin həbsi uzadıldı
Nərimanov Məhkəməsi qərar verib
Nərimanov Məhkəməsi qərar verib
Qadınları fahişəliyə cəlb edən Hacıqabul sakinə pul cəriməsi kəsilib
Bəziləri bunu vacib saydı, bəzilərisə buna ehtiyac görmədi
Zəlimxan Yaqubdan İlham Mirzəyevlə bağlı açıqlama...
«O, ölkədəki siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib»
«Space» kanalındakı «Etiraf» verilişinin aparıcısı dələduzluqda şübhəli blinir
Teleaparıcı sosial şəbəkə ilə yanaşı 2 qəzeti də məhkəməyə verir
Teleaparıcı sosial şəbəkə ilə yanaşı 2 qəzeti də məhkəməyə verir
Teleaparıcı sosial şəbəkə ilə yanaşı 2 qəzeti də məhkəməyə verir
Bu gün Nərimanov Rayon Məhkəməsində «Space» televiziyasının «Etiraf» verilişinin aparıcısı, dələduzluğa görə həbs edilən İlham Mirzəyevlə bağlı məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə İlham Mirzəyevin anket məlumatları dəqiqləşdirildi.
Məhkəmə prosesində zərərçəkənlər Aynur Əhmədova, Zülfiyyə Əhmədova və Rəşad Daşdəmirov iştirak edirdilər.
Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə prosesində İlham Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramov və İkram Abdullayev müdafiə edirdi.
İlham Mirzəyevin yeni vəkili olan İkram Abdullayev vəsatət qaldıraraq istintaq materialları ilə yaxından tanış olmadığı üçün məhkəmənin təxirə salınmasını istədi.
İlham Mirzəyev xəstə olduğunu, ona vurulan iynələrin hesabına prosesdə iştirak edə bildiyini əsas gətirərək məhkəmənin təxirə salınmasını istəmədi. Lakin hakim vəkilin vəsatətini təmin edərək prosesi təxirə saldı.
İ.Mirzəyev son çıxışında jurnalistlərin məhkəmə proseslərinə buraxılmamasını tələb etdi: »Jurnalistlərin məhkəməyə buraxılmasını istəmirəm. Gəlib nə gəldi yazırlar. Mən prezidentimə, dövlətimə və sizə güvənirəm. 5 aydır yazılanlara cavab vermirəm. Və jurnalistlərin bundan sonra məhkəməyə gəlməsini istəmirəm».
Hakim məhkəmə prosesinin başa çatdığını və onun bu təklifinin növbəti məhkəmə prosesində vəsatət kimi müzakirə ediləcəyini bildirdi.
Məhkəmə sentyabrın 16-na təxirə salındı.