
Hədislərsiz islam ...
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
... və “epoxe” prinsipi haqqında
Günümüzün insanı sənət və fəlsəfə üçün yararsızdır
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
... Yaxud Tanrı yoxdursa, nə var?
Nazirlik ən böyük 5 banka depozit qoydu
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi tezliklə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasına inteqrasiya ediləcək.
Bunu «Trend»ə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.
Onun sözlərinə görə, İSB-nin informasiya sistemi tezliklə DİN-in nəqliyyat vasitələri və şəxsiyyət vəsiqələri üzrə məlumat bazasına inteqrasiya olunacaq: «Hazırda texniki məsələlər yekunlaşmaq ərəfəsindədir».
N.Xəlilov qeyd edib ki, yol polisi artıq avtomobili saxlamadan avtomobilin texniki baxışdan keçməsi, onun qaçırılması və s. məsələləri yoxlaya bilər: «Hazırda yol polisinin zəruri texniki imkanları var və inteqrasiyadan sonra yol polisi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə polisin mövcudluğunu məsafədən yoxlaya biləcəklər».
O, əlavə edib ki, inteqrasiyadan sonra blanklardan imtina etmək və AVSMMİS üzrə elektron polisə keçmək imkanı yaranacaq: «İnteqrasiya sığorta şirkətlərinin icrasına 2011-ci ilin dekabrında başladıqları «İcbari sığortlar haqqında» qanun çərçivəsində həyata keçirilir».
AVSMMİS polisinin olmamasına görə tətbiq edilən cərimələrə gəlincə, N.Xəlilov bildirib ki, onların artırılmasına ehtiyac görmür: «Hazırda fiziki şəxslər üçün müvafiq sığortanın olmamasına görə cərimənin həcmi 50 manat, vəzifəli şəxslər üçün 100 manatadək, hüquqi şəxslər üçün isə 300 manatadəkdir».
İnformasiya sisteminin inteqrasiyası ilə diqqətli sürücülərə qarşı tətbiq edilən bonus sistemindəki çatışmazlıqlar aradan qaldırılacaq. Onun sözlərinə əsasən, ümumilikdə «bonus-malus» sistemi normal işləyir, lakin sığorta agentlərinin məlumatları səhv daxil etməsi üzündən müəyyən problemlər yaranır: «Bu sistem insanın şəxsiyyət vəsiqəsinin PIN kodu üzrə identifikasıyasını həyata keçirir. Sistem bu PIN kod üzrə insanın kimliyini müəyyənləşdirir və onu birinci dəfə səhv, növbəti dəfə isə doğru daxil edərkən sistem həmin insanı eyni şəxs kimi tanımır və əvvəlki informasiyanı nəzərə almır. Lakin inteqrasiyadan sonra (DİN-in məlumat bazası ilə) bu problem həll olunacaq».