
“Səbirli və qətiyyətli olmalıyıq”
Avro Bölgəsində inflyasiya gözləntiləri yüksəldi
Avro Bölgəsində inflyasiya gözləntiləri yüksəldi
Proqnozlar hədəfə yaxın olub
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
AMB rəhbərindən FED xəbərdarlığı
Avro Bölgəsi üzrə inflyasiya gözləntilərin altında qalıb
AMB rəsmisi: “Sistemə etimad inflyasiya gözləntilərini də möhkəmləndirir”
Laqard: “Avro bölgəsi potensialına geri dönür”
AMB rəsmisi: “AMB yeni pul siyasəti mərhələsinə daxil olub”
Azərbaycanda da kriptovalyutalardan istifadə ediləcək?
10 ildən sonra ...
“AMB faiz dərəcələrini daha da aşağı salmağa tələsmir”
Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır
FED sədri: “Tariflərin inflyasiyaya təsiri bu yay görünəcək”
Laqard: “Fundamental problemləri həll etməkdənsə, qlobal rifahın əsaslarını aşındırır”
“AMB faiz dərəcələri ilə bağlı ən azı sentyabr ayına gözləməlidir”
AMB faiz endiriminin sonuncu olduğunu deyir
Prezident İlham Əliyev Mərkəzi Banka kommersiya banklarını faiz dərəcələrini aşağı salmağa məcbur etmək üçün göstəriş verdi. Artıq gələn ildən kredit faizlərinin aşağı salınacağı şübhəsizdir.
Doğrudur, faiz dərəcələrinin aşağı salınması ilə bankların kredit soyğunçuluğunun qarşısının alınacağını düşünmək sadəlövhlük olardı.
Mərkəzi Bankın rəsmi göstəricilərinə əsasən, hazırda kommersiya banklarının kredit faizi üzrə orta göstəricisi 14,3 faizdir. Bakı şəhərində isə bu göstərici 12,9 faiz təşkil edir.
İqtisadçı Vüqar Bayramov virtualaz.org saytına açıqlamasında Mərkəzi Bankın təqdim etdiyi rəsmi statistikanın birmənalı qəbul edilmədiyini deyir: «Bu gün orta faiz dərəcələrinin 14,9 faiz olduğunu iddia etmək mümkündür. Gələn ildən kommersiya banklarının faiz dərəcələrini aşağı salacağı gözlənilir. Faiz dərəcələrinin aşağı salınması və bank sektorunda islahatların aparılması vacibdir. Faiz dərəcələrinin yüksək olmasının səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. Buna görə də bu sektorda rəqabətin gücləndirilməsinə ehtiyac var».
V.Bayramov qeyd etdi ki, hazırda uçot dərəcəsi 3,5 faiz təşkil edir: «Uçot faizləri ilə kredit faizləri arasında əlaqənin müəyyənləşdirilməsi vacibdir. Uçot faizlərinin fonunda kommersiya banklarının təklif etdiyi kredit faizləri 5-6 dəfə artıqdır».
Bəs kreditlərin aşağı düşməsi əhali üçün nə vəd edir?
Ekspert deyir ki, Mərkəzi Bank tapşırığa uyğun olaraq islahatları həyata keçirə bilərsə, 2015-ci ildə kredit faizləri təxminən 4 faiz aşağı düşə bilər. Vətəndaşlar isə kredit faizlərinin aşağı salınmasından yalnız udacaq. Belə ki, vətəndaşlar daha ucuz istehlak kreditləri əldə edə biləcəklər.
«Kredit faizlərinin aşağı salınması biznesə də müsbət təsir göstərəcək. Yəni biznes udan tərəflərdən biri olacaq. Çünki şirkətlər daha aşağı faizlə kredit əldə edə biləcəklər. Aşağı faizlə kredit də ona imkan verəcək ki, yerli istehsal məhsulların xərci azalsın. Bu da qiymətlərin tənzimlənməsinə və bazara çıxarılan yerli məhsulların qiymətinə təsir edəcək. Prezidentin bu tapşırığı yerli və xarici vətəndaşların daha ucuz maliyyə resurslarından faydalanmasına səbəb olacaq» - deyə V.Bayramov vurğulayır.
Qeyd edək ki, ölkə üzrə kreditləriin orta illik faiz dərəcəsi 14,3 faiz, istehlak kreditləri üzrə faiz dərəcələri illik 18 faiz, təminatsız kreditlərin orta illik faiz dərəcəsi isə 35 faiz təşkil edir.
Bu ilin ilk yarısında Azərbaycanda banklara borcu olan əhalinin sayının 2,1 milyon nəfər olduğu açıqlanmışdı. Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin 2014-cü ilin birinci yarısının yekunlarına aid məlumatlarına görə, kredit götürənlərin sayı 2138886, kredit məlumatlarının sayı 7738 882, cəmi zaminlərin sayı isə 989278 nəfər olub. Kredit götürənlərin sayında isə bu il ərzində təxminən 200 minə yaxın artıb.