Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
18:32 | 7 sentyabr 2015 | Bazar ertəsi
Məqaləyə 1469 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Ermənistanda müdafiə naziri Seyran Ohanyanın ordudakı itkilər barədə informasiyaların məxfi elan edilməsinə dair gizli sərəncamı üzə çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə «Sülh dialoqu» erməni qeyri-hökumət təşkilatının Avropa Vətəndaş Cəmiyyətləri Təşəbbüsünün saytında yerləşdirilmiş məqaləsində deyilir.
Sərəncama əsasən müdafiə naziri Seyran Ohanyan həlak olan əsgərlərin valideynlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin hərbi qulluqçular arasında qeyri-döyüş itkilərinə dair informasiyalara çıxışı qadağan edir.
Təşkilat bildirir ki, onlar son 4 il ərzində qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri və qohumları ilə işləyərək bu insidentlərin səbəbini araşdırmağa çalışırdı.
Əvvəlcə Müdafiə Nazirliyi bu informasiyaların əldə edilməsinə dəstək verib. Ancaq ötən ildən nazirlik «Sülh dialoqu» təşkilatının sorğularına cavab verməyib.
Təşkilat Müdafiə Nazirliyini sorğulara cavab vermədiyi üçün məhkəməyə verib. Nazirlik bu iddiaya 30 gün sonra cavab verməli olsa da cavab ancaq 8 ay sonra - bu il avqustun 15-də gəlib.
«Sülh dialoqu» müdafiə nazirinin nazirliyə qarşı qaldırılmış iddiaya dair İnzibati məhkəməyə göndərilmiş etirazının surətini əldə edib. Orada deyilir ki, 2015-ci il, avqustun 13-dən etibarən qeyri-döyüş şəraitində ölən əsgərlərlə bağlı bütün informasiyalar yeni sərəncamla məxfi elan edilib.
«Bu sərəncamın məqsədi nədir? Bunu ona görə edirlər ki, övladlarını itirmiş valideynlər dövlətə xidmət edən uşaqlarının başlarına məhz nə hadisə gəldiyini öyrənə bilməsinlər. Doğrudanmı bütün bu əsgər ölümlərinə dair hallar barədə informasiyaların valideynlərə və cəmiyyətə çatdırılması Ermənistanın təhlükəsizliyinə təhdiddir?» - deyə təşkilat bildirir.
Sərəncamın 17-ci bəndinə əsasən silahlı qüvvələrdəki insidentlər, habelə bu insidentlərin səbəblərinə dair informasiyalar onların məxfilik dərəcəsindən və ölkədəki hərbi-siyasi vəziyyətdən asılı olaraq məxfi elan edilir.
Təşkilat bildirir ki, bu sərəncam vətəndaş cəmiyyətinin orduya nəzarət imkanını əlindən alır.