
«BDU-da rüşvətxorluq var» deyən tələbə axtarılır
Məhkəmə Mirağayev barəsində qərar verib
Məhkəmə Mirağayev barəsində qərar verib
Millətin bu günündə Qulu Məhərrəmlini tut(dur)maq istəyənlər kiminlə həmrəydir?
Qulu Məhərrəmlinin çıxışları AzTV rəhbərliyini «alışdırıb»
«Mənəm-mənəmlik» edən İsgəndər Xəlilov işi çətinə düşəndə bəhanələr uydurur
Fındığa görə...
.. Nə də vətəndaşlara dəymiş ziyanı ödəyir
Sahibkar İsrafil Abutalıbovun qanunsuzluqlarının durdurulmasını istəyir
Teleaparıcı sosial şəbəkə ilə yanaşı 2 qəzeti də məhkəməyə verir
Teleaparıcı sosial şəbəkə ilə yanaşı 2 qəzeti də məhkəməyə verir
Teleaparıcı sosial şəbəkə ilə yanaşı 2 qəzeti də məhkəməyə verir
Bu gün Yasamal Rayon Məhkəməsində «Gündəm xəbər» qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmü ilə Ş.Cəfəri 4 il 6 ay şərti azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş.Cəfəri Cinayət Məcəlləsinin (CM) 306.2-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub.
O, 2013-cü ilin mayında Kəpəz Rayon Məhkəməsinin hökmü ilə 3 il şərti azadlıqdan məhrum edilib. Ş.Cəfəri CM-nin 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Həmin vaxt məhkəmə həmçinin Vergilər Nazirliyinin ona qarşı mülki iddiasını təmin edərək, 71 min 478 manat ödəməsi barədə qərar çıxarıb. Ş.Cəfəri hökmdən verilən apellyasiya şikayətinə baxılana qədər 540 manat ödəyib. O, qalan məbləği ödəmədiyinə görə ötən ilin mart ayının 5-də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Ş.Cəfəri barəsində CM-nin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. O, bu ilin fevral ayında isə 500 manat cərimələnib.