
Məktəbə hücuma hazırlaşan uşaq həbs edildi
Evindən silah arsenalı tapıldı
Evindən silah arsenalı tapıldı
Dopamin və vasopressin hormonları aldatma davranışlarına təsir göstərə bilər
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Fransada hökumət saxta evliliklərə qarşı hərəkətə keçdi
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Bütün dünyanın müzakirə etdiyi ərəb
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Şimali Makedoniya çoxuşaqlı ailələri təşviq etmək üçün Avropada ilkə imza atdı
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
«Övladlığa uşaq götürmək istəyən insanlar bəzən bizə deyirlər ki, bir neçə uşağı eyni zamanda götürüb saxlamağa imkanım çatır. Biz bu insanlara ciddi yanaşmalıyıq. Onların psixi, sosial və digər durumları nəzərə alınmalıdır».
Modern.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, sonradan araşdırma zamanı məlum olur ki, müraciət edən həmin insanlar yalan danışıblar:
«İnsanları çox zaman tanımaq belə mümkün deyil. Müraciət edəndə görürsən ki, normal şəxsdir. Araşdıran zaman məlum olur ki, elə insanlara nəinki özgə uşağının, heç öz uşağının tərbiyəsini etibar etmək olmaz.
Buna görə də bu sahədə qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır ki, gələcəkdə ciddi problemlərlə üzləşməyək». Hicran Hüseynova söyləyib ki, bu gün boşanmalardan ən çox əziyyət çəkən uşaqlardır: «Bu gün ailələrdə boşanma olan zaman ən çox əziyyəti uşaqlar çəkir. Məhkəmə qərarı çıxdıqdan sonra uşağı ata-ana hərəsi birtərəfə çəkir. Onlar fikirləşmirlər ki, belə olan halda uşağın sabahı necə olacaq?Araşdırma zamanı məlum olur ki, boşanan ailələrin arasında elə ciddi problem olmayıb. Amma boşanmanın zərbəsi uşaqlara dəyir. Uşaq psixoloji təsir altında qalır. Sonra təəccüblənirik ki, uşaqlar pis vərdişlərə qurşanırlar. Biz valideynlərə sual verməliyik ki, gün ərzində yarım saat uşaqları ilə məşğul olurlarmı? Bəzilərinin xəbəri yoxdur ki, uşaqları nə işlə məşğuldur».
«Yanlış stereotiplər, qeyri-səmimi münasibətlər bir çox hallarda ailələrdə məişət zorakılığına, erkən nikahlara, uşaqların küçələrdə yaşamasına, intiharlara və digər neqativ halların yaranmasına səbəb olur. Bizim komitənin bir sıra öhdəlikləri var. Lakin, insan özü də, bunu dərk etməlidir ki, valideyn olaraq, övladım üçün hansı gələcəyi qururam? Məsələ yalnız ailə təhsildə, yaxşı işlə təmin olunmaqdan, övladına ailə qurmaqda kömək etməkdən ibarət deyil.
Komitəmiz Milli Məclisə nikah yaşının cinslər arasında bərabərləşdirilməsi, nikaha daxil olan şəxslərin öz səhhəti barədə bir-birini məlumatlandırması, övladlığa götürmədən imtina ilə bağlı bəzi məsələlərin dəqiq tənzimlənməsi və nikah müqaviləsinin tətbiqi ilə bağlı təkliflər paketi ilə müraciət edib.
Hazırda boşanma halları çoxalıb. Boşanmadan sonra qadın və uşaqlar bir sıra problemlər yaşayır. Bununla bağlı ekspertlərimiz ailə qanunvericiliyinin ekspertizasını aparıb və bir sıra təkliflər hazırlayıb». Komitə sədri deyib ki, əsas məqsəd ailə institutunun möhkəmləndirilməsi, reproduktiv sağlamlığın qorunmasıdır.
«Bu istiqamətdə görülən işlərin davam etdirilməsi üçün «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına əsasən «Azərbaycan ailəsi Strategiyası» hazırlanır və sənəd yekunlaşmaq üzrədir» - deyə Hicran Hüseynova bildirib.