
Strateji münasibətlərə töhfə
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
Azərbaycan Almaniyanın yeni hökumətini Xocalı qətliamını “soyqırımı” kimi tanımasını istəyib
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Gürcüstanın bugünkü parlament iclasında növbəti dəfə «erməni soyqırımı» məsələsi gündəmə gətirilib. Bu dəfə təşəbbüsün Axalkalaki deputatı Samvel Petrosyan tərəfindən irəli sürüldüyü məlum olub.
Bu parlamentarini təsvir etmək üçün Petrosyanın daha öncə «Vahid milli hərəkat» partiyasının deputatı olduğunu, «Gürcü arzusu»nun hakimiyyətə gəlməsindən sonra «VMH» sıralarını nümayişkarcasına tərk edərək qaliblərin sırasına keçdiyini qeyd etmək lazımdır.
Həmkarları qarşısında çıxış edərək Petrosyan «erməni soyqırımı»nın növbəti ildönümünün yaxınlaşdığı barədə xəbərdarlıq etməyi lazım bilib, və deyib: «Ermənistan və erməni xalqı Tbilisinin 1915-ci il hadisələrini «soyqırım» kimi tanıması qərarını böyük minnətdarlıqla qəbul edərdilər».
Amma Petrosyanın bu zərif söz axınının qarşısını kəsən VMH partiyasının deputatı Azər Süleymanov, özünü unudan erməniyə «burada erməni deyil, gürcü deputatlarının oturduğunu və bu səbəbdən də Gürcüstanın problemlərindən danışmaq lazım olduğunu» xatırladıb.
«Parlamentin iclasını «erməni soyqırımı» haqqında nağıllarla zibilləndirməyə son qoyun. Əsl soyqırım, separatçılar tərəfindən vuruşan erməni batalyonu «Baqramyan» tərəfindən Abxaziyada törədilib. Abxaziyada ermənilər müdafiəsiz gürcü əhalisini öldürürdülər.
1915-ci ilin hadisələrinə gəldikdə isə, türk tərəfi çoxdan öz arxivlərini açıb, amma Ermənistanda eyni şeyi etməkdən qətiyyətlə boyun qaçırırlar.
Ermənilər bir gecədə Xocalıda 613 dinc sakini öldürüblər. Azərbaycan ərazisində müharibə gedir, hansı «soyqırımdan» söhbət gedə bilər? Petrosyan, sən deputat yox, şoumen və təxribatçısan», - deyə A.Süleymanov kəskin şəkildə bəyan edib.
A.Süleymanov ilə deputatların əksəriyyəti razılaşıb və Petrosyan öz cəfəngiyat dolu ideyasını unutmalı olub.