“İranın Oppenheymeri”nin ölümü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
17:42 | 24 oktyabr 2016 | Bazar ertəsi
Məqaləyə 1103 dəfə baxılıb
Şriftin ölçüsü
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
İran Məhkəmə Sisteminin sözçüsü axund Qulamhüseyn Möhsüni Ejei oktyabrın 23-də jurnalistlərə açıqlamasında 10-dan çox yeniyetmə şagirdini zorlamaqda günahlandırılan məşhur «Quran qarisi» Səid Tusidən və ona qarşı irəli sürülən ittihamlardan danışıb.
İran mənbələri, «Quran qarisi»nin cinsi təcavüzünə məruz qalan yeniyetmələrin 10-dan 19 nəfərə yaxın olduğunu bildirsələr də, axund Möhsüni Ejei bildirib ki, hazırda 4 yeniyetmənin valideynləri Səid Tusidən şikayətçidir və onun mühakimə olunmasına israr edir: «Bir neçə yeniyetməni zorlamaqda günahlandırılan «Quran qarisi»nə qarşı irəli sürülən ittihamlara baxmaq üçün kifayət qədər dəlil-sübut olmadığına görə onun işinə xitam verilib (dosyesi bağlanıb) və bu baxımdan onun təqib altına alınmamasına qərar verilib və bu artıq qətidir. Lakin hazırda Səid Tusinin az yaşlı uşaqları fəsada təşviq etmək və onları əxlaqsızlığa sürükləməklə əlaqədar əleyhinə irəli sürülən ittihama baxılır. Bu baxımdan Səid Tusiyə qarşı yeni bir iş açılıb və onun dosyesi təcrübəli və mömin bir hakimə tapşırılıb və işə həssaslıqla baxılır. Ümumiyyətlə bu kimi ittihamları sübuta yetirmək çətindir. Ola bilsin ki, şikayətçilər haqlıdır. Lakin onların iddialarını sübuta yetirmək müşkül məsələdir. Həmçinin bu kimi ittihamların təfərrüatının ifşa olunması da müttəhimdən çox, şikayətçinin ziyanına qurtara bilər. Məhz buna görə də bu kimi işlərə qapalı şəkildə baxılır».
Möhsüni Ejei, «Quran qarisi»nin törətdiyi cinayətin sübuta yetirilməsi üçün kifayət qədər sənəd və dili-sübut olmadığını bildirdiyi bir halda, oktyabrın 23-da Səid Tusi tərəfindən aldadılaraq cinsi təcavüzə məruz qoyulan daha iki yeniyetmə və onların valideynləri BBC televiziyasının fars redaksiyasına müsahibə veriblər. Onlar bildiriblər ki, Səid Tusinin törətdiyi cinayət əməlini sübuta yetirmək üçün çoxlu sənəd və dəlil-sübut var və onlar həmin sənədləri çoxdan İran rəsmilərinin ixtiyarına qoysalar da, hakimiyyətdəki bəzi naməlum əllər, «Quran qarisi»nin bu əməlini açıq-aşkar ört-basdır edir, onun məsuliyyətə cəlb olunmasının qarşısını alırlar».
Qeyd edək ki, son günlər, İranın dini lideri Əli Xamneyinin 46 yaşlı şəxsi «Quran qarisi», Səid Tusinin «Quran» oxumağı öyrənmək məqsədilə onun yanına gələn azyaşlı və yeniyetmə şagirdləri ilə cinsi əlaqəyə girməsinin və onları aldadaraq zorlaması xəbərinin ictimaiyyətdə ifşa olunması, ölkədə böyük rusvayçılığa səbəb olub.