
Futbolda “ketçup effekti”
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
Abbasov millinin arxa bağçasında möcüzə yarada bilərmi?
Futbolumuzun əsas problemi hakimlər deyil
Yeni qərar quruma və onun rəhbərliyinə olan etimadı artıracaq
Fərəcullayev kimdir, ona münasibət necə olmalıdır?
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
Mikrouğurlar eyforiya yaratmamalıdır
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
Azərbaycan Premyer Liqaısnın X turunun son oyununda «İnter» evdə «Sumqayıt»ı 3:1 hesabıyla məğlub etdi. Komanda.az xəbər verir ki, «bankirlər»in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Yaxşı oyun oldu. 3 xal qazandıq. Oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlanaraq, qələbə qazanmağı bacardıq. Bu qələbəni Rəşad Qasımova həsr edirik. Qarşıda bizi «Neftçi»ylə oyun gözləyir. Həmin oyunda da qalib gəlməyə çalışacağıq.
- Hiss olunurdu ki, komanda prezidentini qələbəylə yola salmaq istəyir. Rəhbərliyin dəyişməsi komandanın oyununa təsir etməyəcək ki? - Təbii ki, Rəşad bəyin istefası futbolçulara az da olsa, təsir edir. Ancaq futbolçular meydana çıxanda ancaq oyun barədə düşünür. Həm futbolçular, həm də məşqçilər peşəkardırlar. Bugünkü oyunda sübut etdilər ki, rəhbərlikdəki dəyişiklik oyunumuza təsir etməyəcək.
- «Qəbələ»ylə bu meydandakı oyunda rəqibin iki futbolçusu zədələnmiş və siz meydançanın vəziyyətindən narazı qalmadığınızı bildirmişdiz. Bu gün isə sizin futbolçu Rauf Əliyev bu meydançada zədələndi. Hələ də meydançadan razısız? - Meydançamız idealdan uzaq olsa da, oynamaq olar. O ki qaldı Raufa, o, «Kəpəz»lə oyundan zədələnib. Biz ona istirahət vermək istəsək də, bu gün özü meydana çıxmaq istədi. Ümid edirəm ki, «Neftçi»ylə oyunadək vəziyyəti düzələcək.
- Ağabala Ramazanovun oyunundan razı qaldınız? - Ağabala Ramazanov bu gün birinci hissədə yaxşı təsir bağışlamadı. Ancaq ikinci hissədə fəallaşdı. Onun bu gün meydanda ən yaxşılardan olmasıyla razıyam.
- Bu gün Nizami Hacıyev iki qola imza atdı. Sizcə, o, millidə oynamağa hazırdır? - Nizami də ikinci hissədə yaxşı oynadı. Məncə, millinin məşqçilər korpusu onun barəsində düşünə bilər. Qarşıda «Neftçi»ylə oyunda da izləyə bilərlər. Mənim komandam üçün tam hazırdır. O ki qaldı milliyə, buna yığmanın məşqçiləri qərar verməlidir.
- Hazırda «Qəbələ», «Qarabağ» və «İnter» digər komandalardan öndədir. Həm oyuna, həm də qazandıqları xallara görə. Sizcə də, cari mövsümdə mübarizə elə məhz bu 3 klub arasında gedəcək? - Təbii ki, «Qarabağ» və «Qəbələ»nin bu yerdə qərarlaşması gözlənilən idi. Ancaq «İnter»in uzun müddət 3-cü pillədə qərarlaşacağını gözləmirdim. Məncə, mübarizə hələ irəlidədir. «Neftçi», AZAL, «Kəpəz» və «Sumqayıt»ı da yaddan çıxarmaq olmaz.