
Tarixi sənəd olan foto
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili İran Mətbuatının 22-ci Sərgisində «Yol» mətbuat orqanı qrupunun bölümünə baxış keçirərkən son günlərdə yaradılmış Türkdilli Deputatlar Fraksiyası barədə danışıb.
«Mərənd və Culfa əhalisinin millət vəkili cənab Həsənnəjad bu yolda çoxlu zəhmət çəkib və İdarə Heyətinin seçimi iclasını təşkil edib. İclasdan sonra fraksiya rəsmiləşib və parlament fraksiyaları arasında qeydə alınıb. Lakin bizə millətçilik damğası vururlar, bu doğru deyil. Biz bölücü deyilik, əgər bölücü olsaq, onda gərək Xorasan, Kohkiluye-Boyr Əhməd, Qorgan, Gilan, Fars və Həmədanı da ayıraq. Ona görə ki, İranın əksər bölgələrində türk cəmiyyəti yaşayır. Belə olduğu halda biz ölkəni necə bölə bilərik?! Biz deyirik ki, türk bölgələri inkişaf etməlidir və heç bir millətçilikdən söz getmir. Başa düşmək lazımdır ki, İranda 40 milyon türk yaşayır və tarix boyu İranı qoruyublar, sonda isə bizim Sattarxanımız gəlib Tehranda Məşrutəni bərqərar edib. Əgər ayrılmaq istəyi olsaydı, elə o zaman baş tutardı»- deyə Şəhabəddin Bimiqdar bildirib.
Türkdilli Deputatlar Fraksiyasının yaradılması və ana dilinin tədrisinə qarşı olanları sərt şəkildə tənqid edən millət vəkili onları münafiq adlandırıb. «Nifaq salanların İrana ürəyi yanmır. Əgər onlar İranı sevsəydilər İran üçün canını fəda etmiş bir qövmü təhqir etməzdilər! Konstitusiyaya (anayasa) görə fars dili bizim rəsmi dilimizdir və biz də həmin qanunun 15-ci maddəsinə əsasən fars dili ilə yanaşı ana dilimizi də istəyirik», - deyə o vurğulayıb.
Tehran əhalisinin İran parlamentindəki millət vəkili Əlirza Məhcub da «Yol» mətbuat orqanı qrupunun bölümünə baxış keçirib. «Mən özüm də Türkdili Deputatlar Qrupu Fraksiyasına üzv olmuşam və ümid edirəm ki, bu birlik türk dili və ədəbiyyatının inkişafına səbəb olacaq. Konstitusiyada qeyd olunduğu kimi, bütün mədəniyyətlərə diqqət ayırmaq lazımdır. Eyni halda istər fars olsun, istər türk və s. radikallığa yol verməməlidir. Konstitusiyada nə varsa, onu da qəbul edirik. Türk dili qədim dildir, bizim mədəniyyət və folklorumuz bu dildən irəli gəlir»- deyə millət vəkili vurğulayıb.