
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
Avtobuslar isə pulsuz işləyir
Sabah gecə 2-dən səhər 8-ə qədər...
Texniki işlər gecə saatlarında aparılacaq
«Rabitə işi»ndə təqsirləndirilən şəxslər son söz deyib
Elton Məmmədovun 80 milyon dollarlıq mülkünü kim aldı?
Nazirlik açıqlama yaydı
... Və ya böyük dövlətlərin gizli maraqları
Azərbaycandakı bütün müxalifət saytları bloklandı
Bakı Beynəlxalq Avtovağzalı Elton Məmmədovdan alındı, bu dəfə nazirliyə verildi
«Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə bərpa edilib»
Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi: «10 milyon mənimsəmə yazıblar, ...»
Bakının mərkəzində pulsuz «Wi-Fi» xidməti işə başlayır
Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir
Nəqliyyat sektorunda yoxlamalar; Ziya Məmmədovun kardlarına son xəbərdarlıq
Tapdığınız və ya itirdiyiniz əşyalar üçün hara müraciət etməlisiniz?
Bəzi KİV-lərdə guya dövlət ittihamçısı Fərid Nağıyevin məhkəmədə çıxışı zamanı Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasını bildirməsi barədə informasiyalar yayılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən yayılan məlumatda bildirilib.
Qeyd olunub ki, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Eyni zamanda dövlət ittihamçısı Fərid Nağıyev tərəfindən belə fikir səsləndirilməyib.
«Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir.
«Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir» - deyə məlumatda bildirilib.