
24 saatda 4 ilin qazancı
Məşqçi işi və bizim istədiyimiz milli
Məşqçi işi və bizim istədiyimiz milli
... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”
Millini növbəti oyuna U-21 komandamızın baş məşqçisi çıxaracaq
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri və AFFA-nın texniki departamentinin əməkdaşı, məşqçi kurslarının təlimatçısı Osman Rəhimov iştirak edib.
Komanda.az xəbər verir ki, iclasdan sonra AZAL-ın vitse-prezidenti, Klublar Komitəsinin sədri Fikrət Hüseynov jurnalistlərə açıqlama verib: «İclasda müzakirə olunan əsas məsələlərdən biri meydançaların vəziyyətiylə bağlı idi. «Qarabağ»la «Qəbələ» süni örtüklü meydançaların ləğv olunmasını təklif etdi. Həmçinin Gəncə şəhər stadionunun qazonunu yaxşılaşdırmaq lazımdır. Belə meydançalarda oynamaq çox çətindir. Bu problem növbəti mövsümə kimi həll olunmalıdı. Məsələylə bağlı İcraiyyə Komitəsinə də müraciət edəcəyik. AFFA klubları öz infrastrukturunu daha da yaxşılaşdırmağa məcbur etməlidi.
İcraiyyə Komitəsinə reqlamentin dəyişdirilməsi ilə də bağlı müraciət edəcəyik. İndiki məqamda elitanı bir klub tərk etməlidi, birinci diviziondan isə üç klub yüksək liqaya çıxmalıdı. Biz təklif etdik ki, birinci divizionda ilk iki yeri tutan komanda elitaya birbaşa yüksəlsin. Üçüncü olacaq komanda isə Premyer Liqada sonuncu olacaq klubla pley-off oyunlarında qarşılaşsın. Bütün klublar bununla razılaşdılar.
Futbolçularımızın bir neçə aydır maaş almadığı barədə xəbərlər doğru deyil. Maaşları zamanında ödəyirik. Klub normal idarə olunur. Bundan sonra necə olacağına isə növbəti ilin martında aydınlıq gələcək. Klub rəhbərliyi həmin ay bir araya gəlib, hər şeyi müzakirə edəcək».