Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
19:55 | 19 noyabr 2016 | Şənbə
Məqaləyə 1533 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Noyabrın 15-də Ermənistanın 6 hərbi qulluqçusu, hələ ki, açıqlanmayan səbəbdən yaralanıb. Bu barədə Ermənistanın «Joxovurd» gündəlik qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, hərbçilərdən ikisinin vəziyyəti ağırdır.
«Joxovurd» qəzeti Ermənistanın müdafiə naziri Vigen Sarqsyana 2-si ağır olmaqla, 6 hərbi qulluqçunun yaralanması hadisəsinin hansı şəraitdə və harada baş verdiyi barədə sual verib. Lakin müdafiə naziri belə hadisənin baş vermədiyini və belə bir hadisə haqqında ona məruzə edilmədiyini bildirib.
«Joxovurd» qəzeti daha sonra qeyd edir ki, əslində, həmin gün, yəni noyabrın 15-də 2 hərbi qulluqçu ağır bədən travmaları ilə hospitala yerləşdiriliblər. Yerevandakı Hərbi hospitalda Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan və Ermənistanın Kəvər şəhər sakini Roman Araovic Sukiasyan müalicə olunur.
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qevorq Altunyan isə bildirib ki, qeyd olunan hərbi qulluqçular müxtəlif vaxtlarda, ayrı-ayrı şəraitdə yaralanıblar. Məlumata görə, Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan bir gözünü itirib.