
Kallasın Boreldən fərqi
AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yolları
AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yolları
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
İran səfirimizə qarşı psixoloji, siyasi təzyiq göstərmək variantına əl atıb
XİN rəhbərləri ABŞ-a dəvət olundu
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
... Ayxan Hacızadə kimdir?
Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab
Azərbaycan Fransaya etiraz notası verdi
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
Azərbaycan XİN Lavrovun İrəvandakı sayıqlamalarına cavab verdi
«Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə 16-19 noyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib. Belçikada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları da bu işdə yaxından iştirak edib».
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, səfirlik tərəfindən Belçikanın ərazisindən sui-istifadə edilərək Brüsselin qeyri-qanuni rejimin təbliği məqsədilə məntəqə kimi seçilməsi cəhdlərinə münasibətdə Azərbaycanın narazılığı və narahatlığı Belçikanın Xarici İşlər Nazirliyi, federal və regional qanunverici orqanları və digər müvafiq təsisatlarına çatdırılıb.
«Avropa erməni federasiyası və digər erməni mənbələrinin bu tədbirlərlə əlaqədar qondarma rejimin «rəhbəri» kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə səfiri öncədən geniş şəkildə təbliğ olunsa da, görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu səfərin ləğv edilməsinə nail olunub.
Bu xüsusda, Ermənistan və erməni lobbisinin əl-altısı olan Avropa Parlamentinin deputatı Frank Engelin təşkilatçılığı ilə Avropa Parlamentində nəzərdə tutulan görüş də ləğv edilib. Həmçinin, B.Saakyanın iştirakı ilə «Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyi» adı altında 19 noyabr tarixində «Hay Daun» erməni mərkəzində keçirilməsi nəzərdə tutulan qəbul da tamamilə ləğv edilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini və mədəniyyətini təhrif edən foto sərgi və konsert ilə əlaqədar Brüsseldəki «Palais des Beaux Arts» sarayı və «Tour&Taxi» mərkəzinə ünvanlanmış etirazlara cavab olaraq, həmin şirkətlərin rəhbərliyi rəsmi cavablarında Azərbaycan tərəfinin arqumentlərinə hörmətlə yanaşdıqlarını, bu tədbirlərin mahiyyətindən xəbərsiz olduqlarını, ictimaiyyətə açıq olmayan bu tədbirlərlə əlaqədar bilet satışı həyata keçirmədiklərini və yalnız kommersiya şərtləri əsasında ərazilərini kirayə verdiklərini bildiriblər. Əldə olunan məlumatlara görə bu tədbirlərdə əsasən Belçikada yaşayan ermənilər olmaqla, xüsusi dəvət əsasında yalnız 100-ə yaxın adam iştirak edib.
Öncədən geniş təbliğatın aparılmasına baxmayaraq, bu uğursuzluq və iflasın fonunda indi rəsmi Yerevan, lobbist təşkilat olan Avropa erməni federasiyası və Ermənistan KİV susqunluğa üstünlük verir.
Ermənistan və Avropadakı erməni təşkilatlarının «lobbi diplomatiyası» siyasəti əsasında təşkil edilən bu kimi tədbirlər üçün erməni diasporasının sadə üzvləri aldadılaraq onlardan böyük məbləğdə pul yığılır. Sonradan bu pullar Ermənistanın siyasi rəhbərliyi, Bako Saakyan və onun ətrafı, eləcə də Avropada erməni federasiyasının rəhbər şəxsləri və erməni lobbisinin aləti olan bəzi Avropa siyasətçilərinin cibinə gedir.
Bu kimi mənasız və təxribatçı tədbirlərə əl ataraq beynəlxalq ictimaiyyəti və erməni xalqını aldatmaq əvəzinə, Ermənistan destruktiv siyasətinə son qoymalı, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, substantiv danışıqlar vasitəsilə münaqişənin həllində və regionda davamlı sülhün bərqərar olmasında iştirak etməlidir», - deyə H. Hacıyev bildirib.