
“Sabah”a ümid var
Oynamaq da, qalib gəlmək də olar
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
“Baş məşqçi məcburdur ki, jurnalistlərin boş-boş suallarına cavab versin?”
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
Bir dərviş lazımdı ki, partlada Parisi
«Neftçi»nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə klubda tutduğu postdan istefa verib. Vaxt.az xəbər verir ki, Bağırzadə sosial şəbəkədəki hesabından istefasının səbəblərini belə açıqlayıb:
«Hörmətli azarkeşlər!
Özümü dərk etdiyim həyatım boyu «Neftçi» komandasının sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Bütün bu illər boyu şuranın bütün üzvləri «Neftçi» komandasının yenidən Azərbaycan futbolunun bir nömrəli komandası olması üçün nəhəng səylər göstərdilər. Mən öz vəzifələrim çərçivəsində daim müxtəlif kreativ layihələr fikirləşirdim və tətbiq etməyə çalışırdım ki, komandanın ictimai imici qalxsın və «Neftçi»nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək etsin. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu, çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular «Netçi»nin yüksək adına uyğun olmaq istəmirlər! Mən özümü fəaliyyətimin bütün sahələrində uğurlu insan hiss edirəm. Lakin mənim uğurum bəxt və ya təsadüfi uğur deyil. Hər şeydən əvvəl bu, ağır, daimi, gündəlik zəhmətin bəhrəsidir, ona görə mən «Neftçi»nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərdən «Neftçi»nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil!
Hörmətli azarkeşlər, bu vəziyyətlə əlaqədar, mən istefa verirəm və »Neftçi»nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim, lakin hələ də ümid edirəm ki, mənim sevimli komandam nə vaxtsa layiqli yer tutacaq və bizim Vətənə çoxlu mükafat gətirəcək!!!
Hörmətlə, Bəhram Bağırzadə»
P.S.: Müraciət Azərbaycan və rus dillərində yayımlanıb.