57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
09:30 | 7 dekabr 2016 | Çərşənbə
Məqaləyə 1694 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Məzar daşları dağıdıldı
Pakistan: “Şərtlərimiz qəbul edilərsə, Əfqanıstan rəhbərliyi ilə danışıqlara hazırıq”
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Tramp yenə özünü qabağa verəcəkmi?
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Əfqanıstan-Pakistan sərhədində növbəti toqquşma
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına ikinci rəsmi səfərinə hazırlıq gedir. Gələn ilin əvvəlinə planlaşdırılan bu ziyarət, şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında növbəti mərhələnin əsasını qoyacaq. Pakistan Azərbaycandan ötrü faktiki, Türkiyə qədər vazkeçilməz, dost-müttəfiq statusunda və dəyərində olan bir dövlətdir. Müstəqilliyimizi Türkiyədən sonra ikinci sırada tanımış Pakistan həmçinin nüvə silahına malik yeganə müttəfiqimizdir.
Bu, nüvə dövləti Rusiya ilə Ermənistanın müttəfiqliyinin ölkəmiz üzərində yaratdığı psixoloji üstünlüyü tamamən neytrallaşdırmağa qadir yetərincə mühüm və strateji əhəmiyyətli bir məqamdır. Ən önəmlisi odur ki, Pakistan Ermənistan üzərində hərbi üstünlüyümüzü saxlamaq üçün bizə real şəkildə kömək edə biləcək həlledici dövlətlərdən biridir. Prezident İlham Əliyevin qarşıdakı səfəri hər şeydən öncə bu kontekstdə önəm daşıyır.
Bu ərəfədə Naxçıvanda Türkiyə-Azərbaycan-Pakistan, yaxud Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə birgə hərbi birləşməsinin yaradılması barədə təkliflər irəli sürülməyə, xəbərlər yayılmağa başlayıb. Belə bir hərbi birləşmənin yaradılmasının Qarabağ probleminə təsiri necə ola bilər? Ümumiyyətlə, bu cür hərbi birləşmə yaradılması mümkündürmü?
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, maraqlı təklif və arzudur. İlk baxışda Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin ruhunu ifadə etdiyi üçün cazibədar görünür. Amma indiki şəraitdə Türkiyənin NATO üzvü olması bu cür üçlü hərbi birləşmə yaradılmasına maneədir: «Türkiyə NATO üzvüdür və avrotlantik ittifaqın yaradılması ilə bağlı müqavilənin 8-ci bəndinə əsasən alyansdankənar hər hansı 3-cü ölkə ilə hərbi ittifaqda olmağı qadağan edir. Avratlantik ittifaqın müqaviləsinə əsasən alyans üzvləri öz üzərlərinə bu müqavilədən kənar nəinki ikitərəfli, yaxud üçtərəfli, hətta beynəlxalq hərbi öhdəliklər belə götürə bilməzlər.
Türkiyənin hər hansı bir 3-cü dövlətlə hərbi ittifaqda olması üçün ilk növbədə Avratlantik İttifaqın müqaviləsindən çıxması lazımdır. Bu isə hazırda mümkün deyil, Türkiyənin dövlət maraqları da buna imkan vermir. Azərbaycanın Türkiyə ilə eyni hərbi-siyasi ittifaqda təmsil olunması bir halda baş tuta bilər ki, ölkəmiz NATO üzvlüyünə qəbul olunsun. Lakin burada da yolumuzu NATO müqaviləsinin müddəaları kəsir. Yəni ərazisində münaqişə olan, yaxud hər hansı bir dövlətlə münaqişədə olan ölkələrin NATO üzvlüyünə qəbul olunması mümkün deyil».
Politoloqa görə, Pakistan hər hansı hərbi-siyasi blokda təmsil olunmadığı üçün belə bir öhdəliyi yoxdur və bu ölkə Azərbaycanla hərbi-siyasi ittifaqa girə, birgə hərbi birləşmələr yarada bilər: «Belə bir ittifaqın baş tutması üçün əlverişli regional və beynəlxalq şərait olmalıdır. Hazırda dünyada həddindən artıq mürəkkəb proseslər gedir. Belə bir vəziyyətdə heç bir ölkə risk etmək istəmir və proseslərə müəyyən qədər aydınlıq gəlməsini gözləyir. Reallıq daha təmkinli davranmağı tələb edir. Azərbaycan Türkiyə və Pakistanla hərbi əməkdaşlığını davam etdirə bilər. Xüsusilə də hərbi-sənaye kompleksləri arasındakı əməkdaşlıq çərçivəsində. Hərbi-sənaye kompleksləri arasında əməkdaşlığın özü Azərbaycan ordusunun silahla təchizatı baxımından vacibdir. Ordumuzun güclənməsinin isə təbii ki, Qarabağ məsələsinin həllində təsiri var».
Politoloq Natiq Miri bildirdi ki, Azərbaycan-Türkiyə-Pakistan üçlü hərbi ittifaqı, birgə hərbi birləşmələrini yaratmaq Türkiyənin NATO üzvü olması səbəbindən asan deyil: «Ona görə də Azərbaycan-Pakistan birgə hərbi birləşmələrinin yaradılmasından söhbət gedə bilər. Mümkün olan budur. Azərbaycan Pakistanla hərbi müttəfiqliklə bağlı saziş imzalaya bilər. Naxçıvan üzərindəki haqlarını da nəzərə alaraq orada Türkiyə hərbi hava qüvvələrinin bir eskadrilyası yerləşdirilə bilər ki, bu da gələcəkdə Naxçıvan Azərbaycan ərazisi olduğu üçün istənilən təhlükə zamanı türk savaş uçaqlarının bütün Azərbaycan boyu hərəkət etməsinə şərait yarada bilər.
O ki qaldı Qarabağ məsələsinə, indiki halda belə bir üçlü və ya ikili hərbi ittifaq yaradılarsa, bu artıq region ölkələri üçün güc balansının dəyişməsi anlamına gələcək. Rusiya ilə işğalçı Ermənistanın ortaq hərbi qruplaşma yaratdığı vaxtda ya qardaş Türkiyə, ya da Pakistanla bu cür müqavilənin bağlanması, Azərbaycanın təhlükəsizliyinin daha etibarlı səviyyəyə qaldırılması baxımından arzuolunandır. Bununla ciddi maliyyə imkanlarından məhrum Ermənistanın hərbi balans yaratmaq ümidləri həmişəlik basdırıla, düşmən Qarabağ danışıqlarında konstruktiv mövqeyə keçməyə məcbur ola bilər».