Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
17:44 | 17 dekabr 2016 | Şənbə
Məqaləyə 1717 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Bu gün Ermənistanda irəli sürülən «ordu-xalq» ideologiyası təhlükəlidir və iflasa məhkumdur. Virtualaz.org xəbər verir ki, Ermənistan Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyan partiyasının qurultayındakı çıxışında belə deyib.
«Xalq-ordu» (İsraildə olduğu kimi bütün xalqın ideoloji baxımdan döyüşkən ordu şəklində təşkil olunmasından söhbət gedir - red) modelinin erməni variantının arxitektorlarına buradan üç sual verirəm: bu proqram nədən irəli gəlir, həll edəcəyi vəzifə nədir, onun həyata keçirilməsi üçün hansı resurslar tələb olunur?» - Ter-Petrosyan bildirib.
Eks-prezidentin sözlərinə görə, Ermənistanın əhalisi 1988-ci il zəlzələsindən və sovet ittifaqının dağılmasından sonra daim azalıb, bu proses indi də dayanmayıb. «İnsan resursları baxımından Ermənistan hakimiyyəti Diaspora böyük ümid bəsləyir. Mən özüm diaspordan olan biri kimi bütün məsuliyyətimlə deməliyəm ki, bu gözləntilər tamamilə sayıqlama və özünüaldatmadır. Yada salmaq kifayətdir ki, 1990-cı illərdəki müharibədə diaspordan cəmi 12 erməni iştirak etmişdi. Onların siyahısını bir ayrısı yox, müharibənin bütün detallarını bilən Vazgen Sərkisyan açıqlamışdı» - eks-prezident bildirib.
Ter-Petrosyan qeyd edib ki, əgər Ermənistanın indiki iqtisadi vəziyyəti acınacaqlı olmasaydı hakimiyyət heç bir halda Qarabağda ölən və yaralanan əsgərlər üçün fond yaratmağa ayda hər işləyən vətəndaşdan 1000 dram (2 dollara yaxın) pul yığmağı nəzərdə tutan dilənçiliyə getməzdi. «Bu, «xalq-ordu» ideologiyasının nüfuzdan düşdüyünü göstərən ilk addımdır, eyni zamanda dövlətin ləyaqətinə də zərbə vurub, bizi bütün dünyanın qarşısında gülünc duruma salıb»-Ter-Petrosyan deyib.
Onun fikrincə, «ordu-xalq» proqramı iflasa məhkumdur, təhlükəlidir və yeganə nəticəsi ancaq Ermənistandan miqrasiyanın artmasına stimul vermək, ermənilərin kökünün Qarabağdan və Ermənistandan kəsilməsinə aparıb çıxarmaq olacaq. «Belə təəssürat yaranır ki, rejim sanki xalqın məhvi hesabına bu proqramın yalnız bir elementini həyata keçirmək istəyir. Yəni ola bilsin nə vaxtsa bizim güclü ordumuz olacaq, ancaq o vaxta kimi xalq qalacaq ya yox, bu sual altındadır» - Konqres lideri bildirib.
Ter-Petrosyan çıxışında onu da deyib ki, Qarabağ münaqişəsi həll olunmadan Ermənistan və Qarabağ erməniləri üçün heç bir inkişaf perspektivi ola bilməz.