Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
00:11 | 23 dekabr 2016 | Cümə
Məqaləyə 1461 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Ermənistan ordusunun müqavilə əsasında xidmət keçən və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddəki postlardan birində dayanan, Vayk şəhərinin sakini Sevak Simonyan deyir ki, onu ayağı yaralı olduğu halda zorla posta qaldırıblar. Üstəlik pulunu da kəsiblər.
Virtualaz.org xəbər verir ki, hərbçinin arvadı Aypari Voskanyan epress.am portalına ərinin başına gələnlər haqda danışıb. Onun bildirdiyinə görə, bu ilin sentyabr ayında postda olanda Simonyan ayağından xəsarət alıb. «Bilmirəm, çəkmələri döyüb, yoxsa ayrı səbəbdən, barmaqlarını zədələyib. Postdan qayıdandan sonra ayağındakı yaranı sağaltmaq üçün məzuniyyət götürüb. Oktyabrın 22-23-də onun ayağı hələ də qaydasında olmadığından Sisyan hərbi hospitalına yollanıb. Orada ona arayış veriblər ki, bu vəziyyətdə posta qalxa bilməz və yaranı müalicə etməlidir. Həmin arayışı Vayk şəhərində yerləşən, qulluq etdiyi hərbi hissəyə təqdim edib və bildirib ki, döyüş postuna qalxa bilmir. Ancaq oktyabrın 26-da komandir Mqer Stepanyan ona zəng vurub əmr edir ki, posta qalxsın. Deyib ki, əgər qalxmasan səni xidmətdən azad edəcəyik, üstəlik pulunu da kəsəcəyik».
Qadının dediyinə görə əri hospitaldan arayışı olduğunu komandirə deyib. Ancaq komandir bildirib ki, ona dəxli yoxdur: «Əgər istəyirsənsə problemin yaranmasın, posta qalx, vəssalam». Beləliklə Sevakı zorla posta göndərirlər, o, oktyabrın 27-dən noyabrın 10-na qədər postda qalır.
Ancaq maaş almağa gələndə məlum olur ki, Sevaka noyabr ayı üçün cəmi 81 min dram (168 dollar) yazıblar. «Bilmirəm ona niyə belə az pul yazıblar. Belə ayda 158 min dram (təxminən 300 dollar) alır, məzuniyyətdə olanda 105 min alır», - Voskanyan deyir.
Hərbi hissədən hərbçiyə deyiblər ki, o, postda oktyabr ayında cəmi 3 gün olub, noyabrda isə adı postda olanların siyahısında yoxdur. «Deyiblər ki, sən noyabr üçün ümumiyyətlə maaş almayacaqsan, çünki postda olmamısan. O, taqım komandirinə, hərbi hissənin maliyyəçisinə müraciət edib, deyiblər ki, «bizim işimiz deyil». Deyirlər ki, adın postda olanların siyahısında yoxdur. Əgər olsa belə 10 gün postda qalmağa görə 40 min dram (80 dollar-günə 8 dollar) alacaqsan. Bilmirik bu nə oyundur. Müdafiə Nazirliyinin qaynar xəttinə müraciət etmişik, cavab verməyiblər», - hərbçinin arvadı deyir.