Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
11:04 | 4 yanvar 2017 | Çərşənbə
Məqaləyə 1524 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Sosial şəbəkələrin daha bir aktiv istifadəçisi, ictimai fəal və insan hüquqları pozulmuş Ermənistan vətəndaşı Tamella Arzumanyan Azərbaycan hakimiyyətinə son ümid yeri kimi müraciət edərək, hüquqlarının bərpa edilməsini istəyib.
Virtualaz.org xəbər verir ki, T.Arzumanyan şəxsi «Facebook» səhifəsində yazıb: «Mən və ailəm Azərbaycana qayıtmağımızı və quldur Ermənistan hakimiyyətindən xilas olmağımızı həsrətlə gözləyirik». Maraqlıdır ki, Yerevanda yaşayan 54 yaşlı müəllimə Tamella Asratovna Arzumanyan, özünün bildirdiyinə görə, Azərbaycanda anadan olub.
T.Arzumanyan və onun ailə üzvləri – həyat yoldaşı və qızı Ermənistan hakimiyyəti tərəfindən total izlənmənin qurbanlarıdır. Bundan əlavə, Azərbaycan hakimiyyətinə müraciətin müəllifi qeyd edir ki, Ermənistan-Azərbaycan sülh platformasının yaradılması təşəbbüsünü xüsusi maraqla izləyib və qrupun iştirakçılarını səmimi qəlbdən dəstəkləyir.
T.Arzumanyanın müraciəti onun şəxsi səhifəsində Yeni İldən az öncə, dekabrın 27-də dərc olunub. Bundan dərhal sonra o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Ümidsizliyə qapılmış qadından sosial şəbəkədəki müraciətini silmək tələb olunub. Erməni hakimiyyəti üçün xas olan ənənəvi yanaşma – qızının müalicəsi üçün ayrılmış vəsaitin mənimsənilməsinə etiraz edən vətəndaşının problemlərinin həllinə çalışmadan təzyiq göstərməklə şikayətindən və müraciətindən imtina etdirmək. Lakin bunun əvəzində Arzumanyan daha kəskin və emosional çağırış edib.
Bununla birgə, Ermənistan hakimiyyəti özünə bir sualı vermir – axı nəyə görə ölkə vətəndaşları və Dağlıq Qarabağın erməni icmasının üzvləri köməyi öz hakimiyyətindən deyil, düşmən Azərbaycan hakimiyyətindən tələb edirlər və Sərkisyan hökumətindən, Ermənistanda yaşamaqdansa, orada daha rahat yaşayacaqlarını düşünərək, qonşu dövlətə münasibətdə işğalçı siyasətdən əl çəkməyi tələb edirlər?!
Virtualaz.org və haqqin.az T.Arzumanyanın Azərbaycan hökumətinə ünvanlanmış şikayətini diqqətlə öyrənir və ən yaxın zamanda T.Arzumanyanın özü ilə müsahibəni oxucuların diqqətinə çatdıracaq.
Saytımızın əməkdaşı ilə söhbətində Tamella Arzumanyan bildirib ki, o, böyük ruh yüksəkliyi ilə Ermənistan-Azərbaycan sülhməramlı qrupunun platformasına qoşulmağa hazırdır. Beləliklə, T.Arzumanyan Ermənistan vətəndaşları arasında erməni və azərbaycanlı sülhməramlılarının təşəbbüsünə qoşulmuş səkkizinci şəxsdir.