
Aran Qarabağ silkələndi
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
Qəssab Həsənin sonuncu mesajı
Cəbhəboyu kəndlərə xüsusi statusun verilməsi təklif edilir
Polis azyaşlını həbs etməyib
Ramil Usubovun qəbuluna düşmək istəyən qadın «asayiş keşikçiləri» tərəfindən döyüldü
Kəmaləddin Heydərov cümə günü vətəndaşlarla görüşəcək
Rayonlarda həyat iflic oldu
Rayonlarda həyat iflic oldu
Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub. APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, öldürülən H. Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.
Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H. Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H. Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.
***
17:57
Bu gün Bərdə rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, rayon ərazisində Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Mirzəmmədov Həsrət Sabir oğlunun meyiti tapılıb. Məlum olub ki, onu Şor Kanal adlanan ərazidə şəxsiyyəti hələlik açıqlanmayan şəxs döyərək öldürüb.
Qətli törədən şəxs artıq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.